Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi olduğu üzə çıxdı – Azərbaycanda

Tarix: 05-06-2018 21:50     Baxış: 1294 A- / A+
30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi olduğu üzə çıxdı – Azərbaycanda

Uşaq cərrahı Toğrul Ömərov maraqlı bir faktı açıqlayıb. Söhbət uşaq doğularkən cinsiyyət orqanlarında olan anomaliyalara görə doğuş həkimi və valideynlərin körpəyə səhv cinsiyyət təyin etməsindən gedir.

Manevr.az medicina.az-a istinadən bildirir ki, Azərbaycanda da belə hallara rast gəlinir. Oğlan uşağında sidik kanalı xayaların ortasına açılır, cinsiyyət orqanı çox kiçik olur və ya xayalar yerinə enmir. Bu patologiyada cinsiyyət orqanı qız uşağına bənzədilir. Doğulandan yanlış dəyərləndirmə, o uşağın ailədə səhv böyüdülməsinə səbəb olur.

20-30 il əvvəl məlumatsızlığın ucbatından daha çox bu səhvlərə yol verilib. Xaricən qız kimi dəyərləndirilsə də, daxili orqanlar və hormonlar kişiyə məxsus olur. Bəzən gizli cinsiyyət orqanı patologiyası olur ki, orqanı saxlayan bağların anadangəlmə inkişafdan qalması və ya bağıların tam yoxluğu nəticəsində gizli cinsiyyət orqanı formalaşır. Bu kimi problemlərin həlli yolu hormonal, xromosom analizləri və cərrahi yolla xarici qüsurun düzəldilməsidir.
" Bu yaxında 30 yaşında pasiyentlə rastlaşdıq. Ona doğulandan sonra yanlışlıqla qız uşağı cinsiyyəti təyin edilib, qız kimi də böyütmüşdülər. İnsan böyüdüksə anlayırdı ki, qadın yox kişidir. Sonda həkimə müraciət edərək, müvafiq analizlərdən keçdi və özünü sübut etdi ki, kişi cinsidir. Məhkəməyə müraciət edərək cinsini dəyişdi, əməliyyat olundu. Təbii ki, körpə ikən diaqnoz qoyulub, əməliyyat olsaydı, bu qədər sarsıntı, travma almazdı.

Normal həyatına davam edərdi. Ona görə də xüsusən bölgələrdə uşaq doğulandan sonra körpənin cinsiyyət orqanlarında az da olsa anormallıq görülürsə, mütləq mütəxxəsisə, uşaq cərrahı və endokrinoloqa müraciət olunmalıdır. Yoxsa uşağı büküb, evdə qızı oğlan, oğlanı qız kimi böyütmək o ailə üçün faciədir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar