Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

İmtahanda qulaqcıqdan istifadə edən müəllimlər qovuldu - AZƏRBAYCANDA

Tarix: 30-05-2018 14:02     Baxış: 2402 A- / A+
İmtahanda qulaqcıqdan istifadə edən müəllimlər qovuldu - AZƏRBAYCANDA

Mayın 29-da keçirilmiş müəlimlərin dioqnostik qiymətləndirilməsi imtahanında maraqlı nəticələr qeydə alınıb.

Riyaziyyat, musiqi, alman dili, fransız dili müəllimləri və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak etdiyi imtahanlar 4 seans keçirilib. Ümumilikdə, 2698 müəllimin qatıldığı imtahanlarda davamiyyət 89% olub.

İmtahan zamanı 2 müəllim qulaqcıqdan istifadə etməklə sualları cavablandırmağa cəhd edib. Bu səbəbdən onlar imtahandan kənarlaşdırılıb və nəticələri ləğv olunub.

İmtahalar zamanı maraqlı başqa bir məqam isə bir nəfər gənc xanımın anasının əvəzinə imtahana girməyə cəhd etməsi olub. O, səbəb kimi anasının gələ bilmədiyini, onun yerinə səlahiyyətli nümayəndə kimi imtahana qatılmaq istədiyi bildirib.

İmtahanlar zamanı cəmi bir nəfər maksimum nəticə olan 60 bal toplayıb. O, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Babayevadır.

İmtahanlar zamanı qeydə alınan ən aşağı nəticə isə 2 bal olub. Bundan başqa, 55 nəfər 10 baldan aşağı nəticə göstərib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar