Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Məclis deputatı jurnalisti söydü, orduya isə hörmətsizlik etdi

Tarix: 17-05-2018 18:09     Baxış: 1530 A- / A+
Milli Məclis deputatı jurnalisti söydü, orduya isə hörmətsizlik etdi
Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib.
Manevr.az xəbər verir ki, modern.az-ın əməkdaşı “Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz” sualı ilə Milli Məclisin hərbçi deputatına müraciət edib.
Deputat Əliağa Hüseynov müxbirimiz zəng edərkən telefonu açıb, sualı dinləyib və gözlənilmədən jurnalistin və Ordunun ünvanına təhqiramiz ifadələr işlədib:
“Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər!” deyərək telefonu qapadıb.
Deputatın gözlənilməz münasibətindən təəccüblənən müxbir onun hansı səbəbdən belə cavab verdiyini aydınlaşdırmaq üçün bir qədər sonra yenidən zəng edib. Lakin Əliağa Hüseynov telefonu açmayıb.

Qeyd edək ki, Əliağa Hüseynov əvvəllər də jurnalistlərə qarşı kobud davranış sərgiləyib.

Onun jurnalist zəng edən zaman hansı vəziyyətdə olduğunu deyə bilmərik. Amma istənilən halda ölkənin ali qanunvericilik orqanının mandatını daşıyan bir şəxsin bu cür davranış sərgiləməsi min kərə təəssüf doğurur…

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar