Xəbər lenti
"Qarabağı qarabağlılar qorusun" - Qızını erməniyə verən diaspor sədrindən - ŞOK AÇIQLAMA
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova təşkilatın Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimovu erməni ilə qohum olduğuna görə dəstəkləyib.
Manevr.az diaspor.az-a istinadən xəbər verir ki, ona olan ictimai qınaqdan sonra qızını erməniyə ərə verən diaspor sədri Ağadadaş Kərimov yığıncaq keçirib.
A.Kərimov yığıncaqda erməni ilə qohum olmasına bir daha haqq qazandıraraq özünü bu bu qohumluq əlaqələrində qız tərəfi kimi gördüyünə görə fəxr etdiyini bildirib.
Yığıncaqda öz tərəfdarlarını başına toplayan Kərimov Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb. Qızının və kürəkəninin toyunda iştirak etmədiyini qeyd edən erməninin azərbaycanlı qudası məhz toyda iştirak etmədiyinə görə, peşiman olduğunu bildirib:
"Mən etiraf edirəm ki, qızım və kürəkənimin toyunda iştirak etməmişəm. Amma kaş ki, iştirak edərdim. Mənim ailəm mənə məxsusdur. Mən ailəmi heç bir halda tərk edən deyiləm. Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun”.
Yığıncaqda iştirak edən Rövşən Əliyev (red: Ağdadaş Kərimovun yaxın dostu) isə dostu Kərimova etirazını bildirib. O, Kərimovun ermənilərlə dostluq və qohumluq münasibətlərinin peyda olduğuna görə hədələndiyini, təhdid olunduğunu vurğulayıb. Kərimov isə bu yanaşmasına görə dostuna etiraz edərək onun yığıncağı tərk etməsini tələb edib.
Yığıncaqda iştirak edən digər azərbaycanlıların adı saytımıza məlum olsa da, biz onların təhlükəsizliyini və şəxsi həyatlarında yarana biləcək problemləri nəzərə alaraq qeyd etmirik.
Ən maraqlısı odur ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadiqova qızını erməniyə ərə verən azərbaycanlı sədrin fikirlərinə haqq qazandırıb. M.Sadıqova Kərimovun erməni ilə quda olmasına görə heç bir cinayət xarakaterli davranış nümayiş etdirmədiyini qeyd edərək erməni qudaya da xeyir-dua diləyib: "Düşünürəm ki, kimsə A.Kərimovun yerinə göz dikib deyə, onun vəzifəsindən kənarlaşdırılmasına cəhd göstərir. Buradan demək istəyirəm ki, kimin kimə ərə getməsi jurnalistlərin müzakirə edəcəyi mövzu deyil. Bu nikah mərasimi, eyni zamanda, Azərbaycan dövlətinin, hakimiyyətinin və xalqınında müzakirə mövzusuna çevrilməməlidir. A.Kərimov qızını erməniyə ərə verib, lap əcəb edib. Mən sevənlərin arasına müdaxilə etməyə qarşıyam. Sevgi azaddır. Heç kəs sevgiyə qarşı olmamalıdır. Bununla yanaşı, erməni və Azərbaycan xalqı arasında düşmənçilik olmamalıdır. Biz ermənilərlə yenidən barışıb bir masa ətrafında oturmalıyıq. Yenidən xeyir və şərimizdə bir-birimizin yanında olmalıyıq. Çünki biz tarixən mehriban xalq olaraq yaşamışıq”.
Məlumata görə, M.Sadıqovanın da ermənilərə qarşı xüsusi simpatiyası mövcuddur. Eyni zamanda, Sadıqovanın da ailə üzvlərinin və yaxın qohumlarının digər millətlərlə qohumluq münasibətlərinin olduğu qeyd olunur. Eyni zamanda, onun idarəetmə bacarığına malik olmadığı xüsusi olaraq bildirilir. Həmçinin, Sadıqovanın ailə idarəetməsində başarısız olduğu əsas gətirilərək onun böyük bir təşkilata rəhbərlik etməsinin uğursuzluqla nəticələnəcəyi vurğulanır.
Qeyd edək ki, Rusiyada yaşayan nüfuzlu azərbaycanlılar və söz sahibi olan azərbaycanlı diaspor nümayəndələri arasında A.Kərimovun və M.Sadıqovanın vəzifələrinin öhdəsindən gələ bilmədikləri müzakirə mövzusuna çevrilib. Yaxın günlərdə Rusiyada yaşayan azərbaycanlıların M.Sadıqovaya və A.Kərimova etiraz əlaməti olaraq, aksiya keçirəcəkləri bildirilir. Etirazçıların bununla bağlı bir araya gəlib müvafiq bəyannamə qəbul edəcəyi və hər iki şəxsin istefa verməsini tələb edəcəyi vurğulanır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar