Xəbər lenti
Hansı nazir müavinləri ixtisar olunacaq? - SİYAHI
2016-cı ildən etibarən Azərbaycanda struktur islahatlarına start verilib. İslahatlar çərçivəsində bəzi qurumlar ləğv edilib, bəziləri yenidən təşkil olunub. Ölkə başçısının fərmanına əsasən, Nəqliyyat Nazirliyi ləğv edilərək, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. Nəticədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Hazırda Nazirlər Kabinetinin strukturuna 18 nazirlik daxildir. Müqayisələr göstərir ki, Azərbaycanda nazirliklərin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, nazirliklərin sayı İtaliyada 14, Almaniyada və Belçikada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökumət qurumu fəaliyyət göstərir.
Azərbaycanda ayrı-ayrı nazirlərin müavinlərinin sayındakı müxtəliflik də diqqət çəkir. Bəzilərinin 2, bəzilərinin 3, bəzilərinin hətta 5 müavini var.
11 aprel seçkiləri nəticəsindən yenidən Azərbaycan prezidenti seçilərn İlham Əliyev hakimiyyət daxilində islahatların davam etdiriləcəyini anons edib. Bəzi məlumatlara görə, mərkəzi icra hakimiyyəti orqanlarında aparılacaq struktur islaharları nazir müavinlərindən də yan keçməyəcək... Hansısa nazir müavinlərinin ixtisara düşəcəyi gözlənilir... Amma kimlər?...
Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Mərkəzi İcra Hakimiyyətinin nizamnaməsi prezident tərəfindən təsdiq olunub:
"Eyni zamanda, hər bir nazirliyin prezident tərəfindən təsdiq edilmiş əsasnaməsi və strukturu mövcuddur. Nazir müavinlərinin say tərkibi də bununla müəyyənləşir. Nazirliyin funksiyaları genişləndikcə, nazir müavinlərinin sayında da dəyişiklik oluna bilər. Bu da cənab prezidentin sərəncamı ilə icra edilir. Ona görə də mərkəzi icra hakimiyyəti orqanı prezidentə məxsus olduğu üçün bununla bağlı müvafiq qərarların qəbul edilməsi də ölkə başçısının fərman və sərəncamları ilə yerinə yetirilir. O cümlədən, nazirliyin strukturu, ştat cədvəli, idarələr və s. Orada öz əksini tapır. Onun birbaşa tabeliyində olan stukturlarda ştat cədvəli da cənab prezidentin sərəncamı ilə müəyyən olunur. Bu baxımdan heç bir nazir özbaşına özünə müavin təyin etmək səlahiyyətinə sahib deyil”.
Hüquqşünas həmçinin deyib ki, nazir nazirlik barədə təqdimat hazırlaya bilər:
"Təkliflərini verə, vəsatət qaldıra bilər. Amma strukturun say tərkibinin müəyyənləşdirilməsi yalnız prezidentə məxsusdur”.
Ə.Nuriyev qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, mərkəzi icra hakimiyyətinin rəhbərləri, o cümlədən komitə sədrləri, agentlik rəhbərləri ölkə prezidenti tərəfindən vəzifəyə təyin və azad olunur.
Manevr.az modern.az-a istinadən hazırda vəzifədə olan nazir müavinlərinin siyahısını və təyin olunduqları vaxtı təqdim edir. Onların içərisində yeni təyin olunanlar da var, 26 ildir eyni postu tutanlar da...
Daxili işlər naziri Ramil Usubovun müavinləri: birinci müavin - polis general-leytenantı Vilayət Eyvazov (14 aprel 2005-ci ildə daxili işlər nazirinin müavini, 2016-cı il 11 martda daxili işlər nazirinin birinci müavini təyin olunub);
müavin - polis general-leytanantı Oruc Zalov (22 fevral 1998-ci ildən);
müavin - polis general-leytenantı İsmət Əliyev (31 oktyabr 2014-cü ildən);
müavin - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov (15 noyabr 2013-cü ildən);
müavin - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev (2013-cü ildən).
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun müavinləri: Firdovsi Əliyev (2004-cü ildən), Novruz Quliyev (2005-ci ildən), Rauf Hacıyev (2011-ci ildən).
Energetika naziri Pərviz Şahbazovun müavinləri: Gülməmməd Cavadov (2006-cı ildən), Natiq Abbasov (2009-cu ildən), Samir Vəliyev (2017-ci ildən).
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri: Birinci müavin - general-leytenant Rəfael Mirzəyev (2006-cı ildən) , müavinlər - tibb xidməti general-leytenantı Faiq Tağızadə (3 may 2006-cı ildən), general-leytenant Etibar Mirəzyev (avqust 2006-cı il), general-leytenant Ragim Lətifov (avqust 2006-cı il), Orucəli Hacıyev (avqust 2006-cı il), general-mayor Teymur Mehdiyev (5 may 2014-cü ildən), Tapdıq Əmiraslanov (5 may 2014-cü ildən).
Gənclər və idman naziri Azad Rəhimovun müavinləri: İntiqam Babayev (2000-ci ildən), İsmayıl İsmayılov (2006-cı ildən) , Fərhad Hacıyev (2018-ci il).
Kənd təsərrüfati naziri Heydər Əsədovun müavinləri: İlham Quliyev (2005-ci ildən), SeyfəddinTalıbov (2014-cü ildən).
Maliyyə naziri Samir Şərifovun müavinləri: birinci müavin - İlqar Fətizadə (1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 1999-cu ildən maliyyə nazirinin birinci müavinidir), müavinlər - Azər Bayramov (2004-cü ilin fevralından), Emin Hüseynov (2016-cı ilin iyunundan).
Müdafiə naziri Zakir Həsənovun müavinləri: birinci müavin - Silahlı Qüvvələrin baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov (2 noyabr 1993-cü ildən), nazirin şəxsi heyət üzrə müavini, şəxi heyət baş idarəsinin rəisi, genral-leytenant Kərim Vəliyev (1992-ci ildən döyüş əməliyyatları üzrə müavin, 2005-ci ildən şəxsi heyət üzrə müavin təyin edilib), nazirin maddi-texniki təminat üzrə müavini, maddi-texniki təminat baş idarəsinin rəisi, general-moyor Fuad Məmmədov (2015-ci ilin avqustundan) , müavinlər - hərbi hava qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov (2014-cü ilin mayından), əlahiddə ümumqoşun ordu komandanı, general-leytenant Kərəm Mustafayev (2014-cü ilin mayından).
Müdafiə sənayesi naziri Yavər Camalovun müavinləri: Yəhya Musayev (15 dekabr 2006-cı ildən), Tofiq Rəfiyev ( 15 dekabr 2006-cı ildən).
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müavinləri: birinci müavin Vaqif Əliyev ( 1994-2001-ci illərdə gənclər, idman nazirinin 1-ci müavini, 2001-2003-cü illərdə gənclər, idman və turizm nazirinin 1-ci müavini, 18 fevral 2011-ci ildən mədəniyyət və turizm nazirinin 1-ci müavini), müavinlər - Ədalət Vəliyev (1993-2006-cı illərdə mədəniyyət nazirinin müavini, 2006-cı ildən mədəniyyət və turizm nazirinin müavinidir), Nazim Səmədov (2011-ci ildən), Sevda Məmmədəliyeva (1999-cu il ildən mədəniyyət nazirinin müavini, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin müavinidir).
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin müavinləri: birinci müavin - Əli Abdullayev (23 iyun 2016-cı ildən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, 2 fevral 2018-ci ildən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavinidir), müavin Elmir Vəlizadə (26 dekabr 2007-ci ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavinidir).
2017-ci ilin dekabrın 5-də Mikayıl Cabbarovun vergilər naziri təyin olunması ilə təhsil naziri postunu müavin Ceyhun Bayramov icra edir. C.Bayramov 12 avqust 2013-cü ildən nazir müavini vəzifəsində çalışır. Digər müavin Firudin Qurbanov 18 iyul 2014-cü ildən müavindir.
Vergilər naziri Mikayıl Cabbarovun müavinləri: birinci müavin Sahir Məmmədxanov (04 mart 2009-cu il tarixli sərəncamla vergilər nazirinin müavini, 29 mart 2016-cı il sərəncamla vergilər nazirinin birinci müavini vəzifəsinə təyin edilib), müavinlər - Sahib Ələkbərov (29 mart 2016-cı ildən), İlkin Vəliyev (29 mart 2016-cı ildən), Mətin Eynullayev ( 2017-ci il 11 yanvardan təhsil nazirinin müavini, 2018-ci il 17 yanvardan vergilər nazirinin müavini).
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri: İdris İsayev (2014-cü il 20 fevral) , Mətin Kərimli (2014-cü il 20 fevral), Natiq Məmmədov (2006-cı ildən) , İlqar Rəhimov (1993-1999-cu illərdə nazir müavini, 1999-2004-cü illərdə nazirin birinci müavini, 2004-cü ilin noyabr ayından indiyədək nazir müavini)
Xarici işlər naziri Elmar Məmmədyarovun müavinləri: Araz Əzimov (1994-cü ildən), Xələf Xələfov (1997-ci ildən), Mahmud Məmmədquliyev (1993-cü ildən), Cəlal Paşayev (2006-cı il 14 avqust) , Nadir Hüseynov (2010 24 noyabr).
İqtisadiyyat naziri Şahin Mustafayevin müavinləri: Niyazi Səfərov (17 fevral 2006-cı il tarixli sərəncamla iqtisadi inkişaf nazirinin müavini, 13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.), Sevinc Həsənova (13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib), Sahil Babayev( 13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib), Sahib Məmmədov (13 mart 2014-cü il tarixli sərəncamla iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli sərəncamla iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib)
Ədliyyə naziri Fikrət Məmmədovun müavinləri: II dərəcəli dövlət ədliyyə müşaviri Toğrul Musayev (2000-ci il iyun) , II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov (2004-cü il iyun), II dərəcəli dövlət ədliyyə müşaviri Azər Cəfərov (2012-ci il iyul), general-leytenant Məhərrəm Əliyev (2017-ci il iyun) , Penitensiar xidmətin rəisi, nazir müavini Ceyhun Həsənov (2016-cı il iyun).
Səhiyyə naziri Oqtay Şirəliyevin müavinləri: Nigar Əliyeva (2009-cu ildən) , Məmməd Ağayev(1999-cu ildən) , 2018-ci il aprelin 9-da qəfidən dünyasını dəyişən Abbas Vəlibəyov 1999-cu ildə nazir müavini təyin olunmuşdu.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar