Xəbər lenti
Rafiq Yusifoğlunun "Misir nəğmələri"
Kilidlənmiş sirləri açmaq deyildir asan
Ehramlar ölkəsidir bu qədim diyar – Misir.
Manevr.az Rafiq Yusifoğlunun "Misir nəğmələri"ni təqdim edir:
QUM DAĞLARI
Kimsəyə vermir sirrini,
Sanma tarix himə bənddi...
Hər pramida möcüzə,
Hər məbəd bir qıfılbənddi...
Tufan viran qoyub yeri,
Burda hər yer uralanıb.
Bağın, bostanın yerində
Qum dağları sıralanıb.
Səmum yelləri əsəndə
Yerdə hər şey dağılarmış.
Küləklərdən qorunmaqçün
Qum birləşib dağ olarmış...
***
Burda külək min illərdir
Ora-bura qum dağıdır.
Yaşıllıq gözə görünmür,
Hara baxsan qum dağıdır.
Bəşər inkişaf yoluna
Deyirlər burdan başlayıb,
Bəlkə bu sehrli məkan
İnsanlığın qundağıdır?
01.11.2026
Şarm əl-Şeyx
SEHRLİ DÜNYA
Mən Qırmızı dənizdə
Özümə dost gəzirəm.
Balıqlara qoşulub,
Su altında üzürəm.
Gül-çiçəkli çəməndi
Elə bil suyun altı.
Gözəl balıqlar gördüm,
Əlim üzümdə qaldı.
Hamısı elə bil ki,
Rəngbərəng kəpənəkdi.
Balıqların hər biri
Sanki üzən çiçəkdi...
Adamı heyran qoyur
Möcüzəli naxışlar.
Onları seyr etməkdən
Doymur həsrət baxışlar...
Heyrətdən mat qalmışam
Məni götürüb fikir.
Bu sehrli dünyanı
Yaradana min şükür...
02.11.2026
Şarm əl-Şeyx
QIRMIZI DƏNİZ
Gör Qırmızı dənizdə
Neçə cürə balıq var.
Sanki rəssam əliylə
Rənglənib bu balıqlar.
Adamı heyran qoyur
Əlvan rənglər, cizgilər.
Gözəlliyin önündə
Ürək gülər, göz gülər...
Bu qədər də rəng olar? –
Adam gəlir heyrətə.
İstəyir göz qırpmadan
Balıqları seyr edə...
Burda hər bir canlının,
Bitkinin öz rəngi var.
Bu dənizin qoynunda
Gözəllik çələngi var...
Su dibində balıqlar
Sanki canlı fişəngdi...
Hamısı bir-birindən
Yaraşıqlı, qəşəngdi.
Hərəsi bir boydadı,
Hərəsi bir biçimdə.
Balıq olmaq arzusu
Qönçələyir içimdə.
Necə sakit baxasan
Bu nadir təbiətə?
Bu gözəllik önündə
Adam gəlir heyrətə.
Bu dənizin dibində
Rənglər canlı, nurludu.
Bər-bəzəkli qayalar
Elə bil fosforludu.
Gün işığı düşəndə
Al-əlvan mərcanlığa,
Sanki dənizin üzü
Qızarır bir anlığa...
Hər lövhə, hər mənzərə
Ürəkdə bir iz qoyur...
Heyran-heyran baxanda
Nə könül, nə göz doyur.
03.11.2026
Şarm əl-Şeyx
MƏBƏDLƏR ÖLKƏSİ
Tarixin qapısını açmaq deyildir asan,
Məbədlər ölkəsidir bu qədim diyar – Misir.
Qədim tikililərdən baş aça bilmir insan,
Görəsən nə vaxtacan açılmayacaq bu sirr?
İnsanı salmaq olmur öyrənmək həvəsindən,
Tarix mağarasında aslanlar, şirlər yatır.
Çıxmaq olmur keçmişin cazibə qüvvəsindən,
Qədim sərdabələrdə açılmaz sirlər yatır...
Saxlanc yerinə dönüb həmişə yerin altı,
Torpaqlarda uyuyur neçə gizli xəzinə.
Görəsən bu dünyada hansı cəvahir, altun
Mal-dövlət toplayanın qismət olub özünə?
Tuş olmaqdan qorxmursan sən ilahi qəzəbə?
Bura girən qayıtmır, oğulsan dur irəli...
Ölülər şəhərində elə bil var cazibə,
Çəkir özünə sarı həmişə diriləri...
Bəndə nə bilsin nə var göyün yeddi qatında?
Nəyisə öyrənməyə hələ bir az ümid var.
Göyə meydan oxuyan bu daşların altında
Təkcə yaradan bilir nə qədər labirint var...
Bu məbədi ucaldan milyon qul əzabıdır,
Əzəmətlə dursa da, qanadı yox uçmağa.
O, tarixin üzünə açlan bir qapıdır,
Heç kəs cürət eləmir o qapını açmağa...
Kilidlənmiş sirləri açmaq deyildir asan
Ehramlar ölkəsidir bu qədim diyar – Misir.
Özü yaratdığından baş aça bilmir insan,
Görəsən nə vaxtacan açılmayacaq bu sirr?
04.11.2026
Giza, Misir
QAHİRƏ
Çox şükür baş tutdu
Qahirə səfəri.
Uzanır Nil boyu
Qahirə şəhəri.
Nil ona yaraşır,
o, Nilə.
Gəzməklə qurtarmaz
beş ilə, on ilə.
Od səpir göylərdən
günəşin saçağı,
Bu qədim şəhərin
yox ucu-bucağı.
Eh nələr, eh nələr
görürəm yol boyu?
Bu günü keçmişlə
yaşayır qolboyun.
Hələ çox sirləri
çıxmayıb zahirə.
Qoynunda
min illik tarixi
Gizləyib saxlayır,
qoruyur Qahirə...
Dayanıb Sfinksə
heyrətlə baxıram,
İrəli getməyə
elə bil qorxuram.
Dünya bir tamaşa,
səhnədi məbədlər,
Tarixlə bu günün
sərhədi – məbədlər...
Keçmişin bu günə
axı nə ziyanı?
Bu şəhər olubdur
beşiyi ziyanın...
Bir yanı güneydıi,
bir yanı quzeydi.
Muzeylər şəhəri
özü də muzeydi...
04.11.2026
Qahirə
NİL ÇAYI
Azdırmaq istəsə də
Öz yolundan sel çayı.
Axarından döndərmək
Mümkün deyil bil, çayı.
Min ildi, milyon ildi
Axır, axır Nil çayı...
Bir gör necə enlidi,
Bir gör necə dərindi? –
Nə qədər əlləşsə də,
Keçə bilməz fil çayı...
Vəsf etməyə acizdi
Elə bil ki, dil çayı.
Bacarmır bulandıra
Burda torpaq, lil çayı.
Bir el-oba yığışıb
Qoca Nilin başına.
Qalsa başlı-başına,
İş gələrdi bu yurdun,
Bu millətin başına...
Həyat mənbəyidir o,
Neçə obanın, elin.
İnsanların hamısı
Qədrini bilir Nilin...
Onsuz Misirdən həyat
İtərdi ilim ilim...
Olardımı bu yurdun
Axı bəhəri, barı? –
Qahrə bir ürəkdi,
Nil çayı qan damarı.
04.11.2026
Qahirə
SİRLİ MƏKAN
Etdikcə ona tamaşa
Heyran oluram Misirə...
Möcüzədir başdan-başa,
Bu diyar bələnib sirrə.
Seyr etdikcə dörd tərəfi
Adamın gözü böyüyür.
Demə bu məkanda imiş
Tarixlərin ən qədimi,
Səhraların ən böyüyü.
Çayların da ən uzunu
Düşübmüş onun payına.
Gedirəm dərin xəyala,
Baxa-baxa Nil çayına.
Ayağım qədim torpaqda,
Xəyalım uçur fəzada.
Bir yan dəniz, bir yan səhra,
Sən təzada bax, təzada...
04.11.2026
Qahirə
***
Misir pramidarları elə bil
Torpağın altındakı tarixin
Baş daşıdı...
Görəsən bu qadər ağır daşı
O ucalığa kim daşıdı?
Misir pramidarları –
Ən qədim tarixin yaşıdı...
Əzəmətli məbədlər,
Heyrətə gətirir
Ona baxan adamları.
Misir pramidaları –
Tarix dənizinin
Sehrli adaları...
04.11.2026
Giza, Misir
ŞARM ƏL-ŞEYX
GECƏLƏRİ
Şarm əl Şeyx gecələri
Bir kəhkəşana dönüb.
Elə bil ki, göylərdən
Ulduzlar yerə enib.
Sayrışan işıqlara
Adam heyrətlə baxır.
Nədir bu haray-həşir,
Bu dəbdəbə, çal-çağır?!
Sənə təlxək sürüsü
Hücum çəkir qabaqdan.
Qazanc üçün çıxan var
Burda dəri-qabıqdan...
Şən musiqı səsləri
Ucalıb, ərşə qalxıb.
Səhraların bəxtinə
Bu yerdə günəş doğub.
Gülüb, nöqtə qoyursan,
Kədərə sən, dərdə sən.
Heç bilmirsən hardasan; –
Göydəsən, ya Yerdəsən?
06.11.2026
Qahirə
QUAVA
Armuda bənzəsə də,
Tamam fərqlidir dadı.
Quavadır bu gözəl,
Dadlı meyvənin adı.
Vitaminlə zəngidir
Bu faydalı quava.
Meyvələri olubdur,
Nə qədər dərdə dəva.
İsti olan yerlərdə
Bitir onun ağacı.
O, həmişə olubdur
Neçə dərdin əlacı.
Tropik ölkələrin
Meyvəsidir quava.
Onun yetişməsinə
Kömək edir bu hava...
Bir də Misirə gəlsən,
Mütləq düşsün yadına.
Baxmağı unutma ha
Quavanın dadına...
07.11.2026
Şarm əl-Şeyx
MANQO
Tropik ölkələrdə
Bitir manqo ağacı.
Meyvəsinin şirəsi
Neçə dərdin əlacı...
Bu ağacın görkəmi
Heyrətə salıb məni.
Budaq necə saxlayır.
Elə ağır meyvəni?
Manqo çiçəkləyəndə
Ətrafa saçır ətir.
Yemişə bənzəsə də,
Manqo ağacda bitir.
Dərmək üçün budaqdan
Dadlı, şirin manqonu,
Quş kimi qanad açıb,
Budağamı mən qonum?
Baxanda gözlər gülür,
Meyvə dolu manqoya.
Ağacı yük altında
Çox çətin ki, mən qoyam.
Dərdim ağır meyvəni
Yüngülləşdi budaqlar.
Həsrət ilə yolumu
Gözləyirlər uşaqlar.
08.11.2026
Şarm əl-Şeyx
Manevr.az
Ehramlar ölkəsidir bu qədim diyar – Misir.
Manevr.az Rafiq Yusifoğlunun "Misir nəğmələri"ni təqdim edir:QUM DAĞLARI
Kimsəyə vermir sirrini,
Sanma tarix himə bənddi...
Hər pramida möcüzə,
Hər məbəd bir qıfılbənddi...
Tufan viran qoyub yeri,
Burda hər yer uralanıb.
Bağın, bostanın yerində
Qum dağları sıralanıb.
Səmum yelləri əsəndə
Yerdə hər şey dağılarmış.
Küləklərdən qorunmaqçün
Qum birləşib dağ olarmış...
***
Burda külək min illərdir
Ora-bura qum dağıdır.
Yaşıllıq gözə görünmür,
Hara baxsan qum dağıdır.
Bəşər inkişaf yoluna
Deyirlər burdan başlayıb,
Bəlkə bu sehrli məkan
İnsanlığın qundağıdır?
01.11.2026
Şarm əl-Şeyx
SEHRLİ DÜNYA
Mən Qırmızı dənizdə
Özümə dost gəzirəm.
Balıqlara qoşulub,
Su altında üzürəm.
Gül-çiçəkli çəməndi
Elə bil suyun altı.
Gözəl balıqlar gördüm,
Əlim üzümdə qaldı.
Hamısı elə bil ki,
Rəngbərəng kəpənəkdi.
Balıqların hər biri
Sanki üzən çiçəkdi...
Adamı heyran qoyur
Möcüzəli naxışlar.
Onları seyr etməkdən
Doymur həsrət baxışlar...
Heyrətdən mat qalmışam
Məni götürüb fikir.
Bu sehrli dünyanı
Yaradana min şükür...
02.11.2026
Şarm əl-Şeyx
QIRMIZI DƏNİZ
Gör Qırmızı dənizdə
Neçə cürə balıq var.
Sanki rəssam əliylə
Rənglənib bu balıqlar.
Adamı heyran qoyur
Əlvan rənglər, cizgilər.
Gözəlliyin önündə
Ürək gülər, göz gülər...
Bu qədər də rəng olar? –
Adam gəlir heyrətə.
İstəyir göz qırpmadan
Balıqları seyr edə...
Burda hər bir canlının,
Bitkinin öz rəngi var.
Bu dənizin qoynunda
Gözəllik çələngi var...
Su dibində balıqlar
Sanki canlı fişəngdi...
Hamısı bir-birindən
Yaraşıqlı, qəşəngdi.
Hərəsi bir boydadı,
Hərəsi bir biçimdə.
Balıq olmaq arzusu
Qönçələyir içimdə.
Necə sakit baxasan
Bu nadir təbiətə?
Bu gözəllik önündə
Adam gəlir heyrətə.
Bu dənizin dibində
Rənglər canlı, nurludu.
Bər-bəzəkli qayalar
Elə bil fosforludu.
Gün işığı düşəndə
Al-əlvan mərcanlığa,
Sanki dənizin üzü
Qızarır bir anlığa...
Hər lövhə, hər mənzərə
Ürəkdə bir iz qoyur...
Heyran-heyran baxanda
Nə könül, nə göz doyur.
03.11.2026
Şarm əl-Şeyx
MƏBƏDLƏR ÖLKƏSİ
Tarixin qapısını açmaq deyildir asan,
Məbədlər ölkəsidir bu qədim diyar – Misir.
Qədim tikililərdən baş aça bilmir insan,
Görəsən nə vaxtacan açılmayacaq bu sirr?
İnsanı salmaq olmur öyrənmək həvəsindən,
Tarix mağarasında aslanlar, şirlər yatır.
Çıxmaq olmur keçmişin cazibə qüvvəsindən,
Qədim sərdabələrdə açılmaz sirlər yatır...
Saxlanc yerinə dönüb həmişə yerin altı,
Torpaqlarda uyuyur neçə gizli xəzinə.
Görəsən bu dünyada hansı cəvahir, altun
Mal-dövlət toplayanın qismət olub özünə?
Tuş olmaqdan qorxmursan sən ilahi qəzəbə?
Bura girən qayıtmır, oğulsan dur irəli...
Ölülər şəhərində elə bil var cazibə,
Çəkir özünə sarı həmişə diriləri...
Bəndə nə bilsin nə var göyün yeddi qatında?
Nəyisə öyrənməyə hələ bir az ümid var.
Göyə meydan oxuyan bu daşların altında
Təkcə yaradan bilir nə qədər labirint var...
Bu məbədi ucaldan milyon qul əzabıdır,
Əzəmətlə dursa da, qanadı yox uçmağa.
O, tarixin üzünə açlan bir qapıdır,
Heç kəs cürət eləmir o qapını açmağa...
Kilidlənmiş sirləri açmaq deyildir asan
Ehramlar ölkəsidir bu qədim diyar – Misir.
Özü yaratdığından baş aça bilmir insan,
Görəsən nə vaxtacan açılmayacaq bu sirr?
04.11.2026
Giza, Misir
QAHİRƏ
Çox şükür baş tutdu
Qahirə səfəri.
Uzanır Nil boyu
Qahirə şəhəri.
Nil ona yaraşır,
o, Nilə.
Gəzməklə qurtarmaz
beş ilə, on ilə.
Od səpir göylərdən
günəşin saçağı,
Bu qədim şəhərin
yox ucu-bucağı.
Eh nələr, eh nələr
görürəm yol boyu?
Bu günü keçmişlə
yaşayır qolboyun.
Hələ çox sirləri
çıxmayıb zahirə.
Qoynunda
min illik tarixi
Gizləyib saxlayır,
qoruyur Qahirə...
Dayanıb Sfinksə
heyrətlə baxıram,
İrəli getməyə
elə bil qorxuram.
Dünya bir tamaşa,
səhnədi məbədlər,
Tarixlə bu günün
sərhədi – məbədlər...
Keçmişin bu günə
axı nə ziyanı?
Bu şəhər olubdur
beşiyi ziyanın...
Bir yanı güneydıi,
bir yanı quzeydi.
Muzeylər şəhəri
özü də muzeydi...
04.11.2026
Qahirə
NİL ÇAYI
Azdırmaq istəsə də
Öz yolundan sel çayı.
Axarından döndərmək
Mümkün deyil bil, çayı.
Min ildi, milyon ildi
Axır, axır Nil çayı...
Bir gör necə enlidi,
Bir gör necə dərindi? –
Nə qədər əlləşsə də,
Keçə bilməz fil çayı...
Vəsf etməyə acizdi
Elə bil ki, dil çayı.
Bacarmır bulandıra
Burda torpaq, lil çayı.
Bir el-oba yığışıb
Qoca Nilin başına.
Qalsa başlı-başına,
İş gələrdi bu yurdun,
Bu millətin başına...
Həyat mənbəyidir o,
Neçə obanın, elin.
İnsanların hamısı
Qədrini bilir Nilin...
Onsuz Misirdən həyat
İtərdi ilim ilim...
Olardımı bu yurdun
Axı bəhəri, barı? –
Qahrə bir ürəkdi,
Nil çayı qan damarı.
04.11.2026
Qahirə
SİRLİ MƏKAN
Etdikcə ona tamaşa
Heyran oluram Misirə...
Möcüzədir başdan-başa,
Bu diyar bələnib sirrə.
Seyr etdikcə dörd tərəfi
Adamın gözü böyüyür.
Demə bu məkanda imiş
Tarixlərin ən qədimi,
Səhraların ən böyüyü.
Çayların da ən uzunu
Düşübmüş onun payına.
Gedirəm dərin xəyala,
Baxa-baxa Nil çayına.
Ayağım qədim torpaqda,
Xəyalım uçur fəzada.
Bir yan dəniz, bir yan səhra,
Sən təzada bax, təzada...
04.11.2026
Qahirə
***
Misir pramidarları elə bil
Torpağın altındakı tarixin
Baş daşıdı...
Görəsən bu qadər ağır daşı
O ucalığa kim daşıdı?
Misir pramidarları –
Ən qədim tarixin yaşıdı...
Əzəmətli məbədlər,
Heyrətə gətirir
Ona baxan adamları.
Misir pramidaları –
Tarix dənizinin
Sehrli adaları...
04.11.2026
Giza, Misir
ŞARM ƏL-ŞEYX
GECƏLƏRİ
Şarm əl Şeyx gecələri
Bir kəhkəşana dönüb.
Elə bil ki, göylərdən
Ulduzlar yerə enib.
Sayrışan işıqlara
Adam heyrətlə baxır.
Nədir bu haray-həşir,
Bu dəbdəbə, çal-çağır?!
Sənə təlxək sürüsü
Hücum çəkir qabaqdan.
Qazanc üçün çıxan var
Burda dəri-qabıqdan...
Şən musiqı səsləri
Ucalıb, ərşə qalxıb.
Səhraların bəxtinə
Bu yerdə günəş doğub.
Gülüb, nöqtə qoyursan,
Kədərə sən, dərdə sən.
Heç bilmirsən hardasan; –
Göydəsən, ya Yerdəsən?
06.11.2026
Qahirə
QUAVA
Armuda bənzəsə də,
Tamam fərqlidir dadı.
Quavadır bu gözəl,
Dadlı meyvənin adı.
Vitaminlə zəngidir
Bu faydalı quava.
Meyvələri olubdur,
Nə qədər dərdə dəva.
İsti olan yerlərdə
Bitir onun ağacı.
O, həmişə olubdur
Neçə dərdin əlacı.
Tropik ölkələrin
Meyvəsidir quava.
Onun yetişməsinə
Kömək edir bu hava...
Bir də Misirə gəlsən,
Mütləq düşsün yadına.
Baxmağı unutma ha
Quavanın dadına...
07.11.2026
Şarm əl-Şeyx
MANQO
Tropik ölkələrdə
Bitir manqo ağacı.
Meyvəsinin şirəsi
Neçə dərdin əlacı...
Bu ağacın görkəmi
Heyrətə salıb məni.
Budaq necə saxlayır.
Elə ağır meyvəni?
Manqo çiçəkləyəndə
Ətrafa saçır ətir.
Yemişə bənzəsə də,
Manqo ağacda bitir.
Dərmək üçün budaqdan
Dadlı, şirin manqonu,
Quş kimi qanad açıb,
Budağamı mən qonum?
Baxanda gözlər gülür,
Meyvə dolu manqoya.
Ağacı yük altında
Çox çətin ki, mən qoyam.
Dərdim ağır meyvəni
Yüngülləşdi budaqlar.
Həsrət ilə yolumu
Gözləyirlər uşaqlar.
08.11.2026
Şarm əl-Şeyx
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































