Xəbər lenti
""Azərbaycan dili" qondarma terminini əsaslandırmaq tamamilə yersizdir və elmi yox, TAM siyasi mahiyyət daşıyır" - alim etiraz elədi

"AMEA Dilçilik İnstitutunda bu gün (dünən:red.) baş tutan bir görüşdə hörmətli dilçiliərimiz qəti şəkildə bildiriblər ki, dilimizin adı Azərbaycan dilidir, çünki ölkə Kostitusiyasında belə yazılıb. Fikirlərini bir arqumentlə də möhkəmləndiriblər ki, Türkiyə türkcəsi ilə Azərbaycan dili başqa-başqa dillərdir"
Manevr.az bildirir ki, bu fikirləri jurnalisti, tənqidçi, tədqiqatçı-yazıçı, Kimya üzrə fəlsəfə doktoru Nazir Əhmədli qeyd edib.
Nazir Əhmədli bununla bağlı qəti etraz edərək aşağıdakıları bildirib:
"1. Bu məsələdə Azərbaycan türkcəsini Türkiyə türkcəsi ilə qarşılaşdırmaq və buradan "Azərbaycan dili" qondarma terminini əsaslandırmaq tamamilə yersizdir və elmi yox, TAM siyasi mahiyyət daşıyır. Əgər Şimali Azərbaycan əhalisinin, Azərbaycan Respublikası vətəndaşlarının danışdığı dili müqayisə etməli bir dil varsa, o da İranda yaşayan 40 milyonluq əhalinin danışdığı və adlandırdığı dillə müqayisə etmək lazımdır. Və heç kim iddia edə bilməz ki, bizim dilimiz ayrıdır və biz ayrı-ayrı xalqlarıq. Biz 50 milyon fərdi olan vahid xalqıq və tamamilə eyni dildə danışırıq! 40 milyonluq İran türkləri isə 1000 ildən artıqdır ki, özlərinə türk, dillərinə də türk dili deyirlər. Hətta professor, lap akademik olsalar belə, bir qrup şimallının bu dilə ad qoymağa, Şimaldakı 10 milyondan 4 dəfə çox olan bir xalqa ağıl öyrətməyə heç bir haqqı yoxdur!
2. Hamıya məlumdur ki, əvvəl dil yaranır, sonra xalq, daha sonra isə həmin xalq yaratdığı dövləti öz adı ilə adlandırır. Heç uzağa getməyək: özbək dili-özbək xalqı- Özbəkistan, qazax dili-qazax xalqı-Qazaxıstan, qırğız dili0qırğız xalqı-Qırğızıstan, qonşumuz Hayastan (Ermənistan) dövlətlərinin adı da bu cür yaranmışdır. Amma bir çox ölkələrdə isə dövlətin adı xalqın adından yaranmayıb: Yəmən, Misir, İraq, İordaniya və s. "Azərbaycan dili" məsələsində isə bu model tam tərsinə və qeyri-elmidir. Əvvəlcə dövlətin, ərazinin adı olan "Azərbaycan" istilahı meydana çıxıb, onun meydana çıxmasından təxminən 1300-1500 il sonra bəzilərinin ağlına gəlib ki, "Azərbaycan xalqı" və "Azərbaycan dili" deyilən qondarma istilahlar uydursun! Bu qeyri-elmi, səhv və zərərli bir işdir.
3.Tutaq ki, şimallılar inadkarlıq edib "Azərbaycan dili" və "Azərbaycan xalqı" qondarma adlarından əl çəkmədilər, İran türkləri də öz haqlı mövqeyindən əl çəkməyib özlərini "türk" və dillərini də "türk dili" adlandırmaqda davam etdilər, bunun axırı necə olacaq? Bir qədim xalq 2 yerə bölünməyəcəkmi? Bir xalqın yerində 2 xalq meydana çıxmayacaqmı? Bu zərərli işin məsuliyyətini kim daşımaq istəyir?
4. Hörmətli professorlar, parlament öz qərarı ilə dövlətin adını dəyişdirə bilər: bu dövlətin adı 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti (hərçənd bizim əksər adlı sanlı alimlərimiz indiyə qədər də onun adını səhvən Azərbaycan Xalq Cümhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası yazırlar), 1920-1991-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası, 1991-ci ildən isə Azərbaycan Respublikası adlanır. Amma dilin və xalqın adını dəyişməyə qüdrətiniz yetməz! Özü də 20 %-i təmsil etdiklərini düşünən, amma onun hamısının dəstəkləmədiyi bir qrup adam heç edə bilməz!
5. Buradan Dilçilik İnstitunun çox hörmətli direktoru professor Nadir Məmmədliyə səslənirəm: xahiş edirəm məni çoxunu şəxsən tanıdığım hörmətli alimlərimizlə görüşdürsün və qoy onlar tutduqları mövqenin siyasi deyil, elmi düzglüyünə məni inandırsınlar. Əgər inandırsalar, bir də bu məsələyə qayıtmayacağam", deyə o eyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar