Xəbər lenti
Bu gün Kəlbəcər günüdür - Şəkillər
Azərbaycanın ən böyük ərazisi olan rayonunun azad edilməsindən 4 il ötür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 10-da başa çatıb. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatın 6-cı bəndinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bununla da, Kəlbəcərin 27 illik işğalına son qoyulub.
Azərbaycan Ağdamın, Kəlbəcərin və Laçının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub. 44 günlük müharibədə ordumuzun qələbələri və düşməni diz üstdə çökdürməsi adıçəkilən üç rayonumuzun döyüşsüz bizə təhvil verilməsinə gətirib çıxardı.
Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində rayonunun işğaldan azad olunmasının noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi olduğunu bildirib və Kəlbəcər rayonunun işğaldan azad olunmasını tarixi hadisə adlandırıb. Prezident İlham Əliyev vurğulayıb ki, Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olub. Ali Baş Komandan bəyan edib ki, Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyulda imzaladığı sərəncama əsasən, 25 noyabr-Kəlbəcər şəhəri günüdür.
Qeyd edək ki, Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.
Xatırladaq ki, Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər 1993-cü i aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayonun müxtəlif ərazilərində, o cümlədən ən böyük kəndi olan Başlıbeldə dinc əhalinin kütləvi qətliamı erməni silahlı qüvvələri tərəfindən həyata keçirilib.
Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun bütün yaşayış məntəqələrini, dünyada məşhur olan İstisu Sanatoriyasını talayıb, darmadağın edib, yandırıb. Rayon ərazisində olan tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
2020-ci ildə işğaldan azad edildikdən sonra isə Kəlbəcər yenidən tikilir. Hazırda Kəlbəcər şəhərində yayayış binaları tikilib və yenilərinin də inşası davam edir. Rayonun İstisu qəsəbəsi və bir neçə kəndlərində tikinti işlərinə start verilib. Rayon ərazisində yollar, tunellər tikilir. İşğaldan azad edilən rayonlarımız sırasında ilk istehsal müəsissəsinin fəaliyyətə başaldığı rayon kimi də Kəlbəcər tarixə düşüb. Belə ki, 2 sentybar 2024-cü ildə “İstisu” mineral su zavodu istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışında iştirak ediblər.
Prezident İlham Əliyevin indiyədək Kəlbəcərə etdiyi 6 səfər, yeni obyektlərin təməllərinin qoyulması və açılışı ilə yaddaşlara həkk olunub. Prezident İlham Əliyev Kəlbəcərə ilk səfərində bu rayonu cənnətməkan adlandırıb.
Ötən dörd ildə Kəlbəcərdə çoxlu sayda Kiçik Su Elektrik Stansiyaları qurulub. Rayona qaz xəttinin çəkilməsi yekunlaşmaq üzrədir.
Azad Kəlbəcər hər il yay mövsümündə fermer təsərrüfatlarının, arıçılıq təsərrüfatlarını öz bərəkətli torpaqlarında qarşılayır.
Növbəti ildən Kəlbəcər şəhərinə sakinlərin köçrülüməsinə başlanacağı bildirilir.
25 noyabr təkcə Kəlbəcər rayon sakinləri deyil, bütün Azərbaycan xalqı üçün bir rayonumuzun azadlığına qovuşmasının bayrama çevrildiyi gündür.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar