Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Binanın üzərində Məhəmməd Əmin Rəsulzadənin sözləri olmayacaq?

Tarix: 22-11-2024 10:48     Baxış: 3196 A- / A+


 
Bu ilin aprel ayında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz" sözlərinin əks olunduğu lövhə götürülmüşdü.

Manevr.az  "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin vaxt binada təmir işlərinin aparıldığı, təmirdən sonra sözügedən lövhənin öz yerinə bərpa olunacağı bildirilirdi.
Lakin sosial şəbəkələrdə binanın təmirinin bitdiyi, lakin hələ də lövhənin qoyulmaması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən verilən məlumata görə, binanın yeni görünüşünə uyğun lövhə hazırlanaraq yerinə asılacaq:
"Bina müasir üslubda əsaslı təmir edilib. Məhəmməd Əmin Rəsulzadənin sözlərinin və bayraq ornamentinin konseptual layihəsinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar