Sizin Reklam Burada
Xəbər lenti
18-01-2025
17-01-2025
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda orta məktəblərdə ödənişli monitorinq keçirilir - Elm və Təhsil Nazirliyinin xəbəri varmı?

Tarix: 03-10-2024 10:16     Baxış: 2310 A- / A+
    Üç ay yay tətilinin bitməsini səbirsizliklə gözləyən bəzi fəndgir məktəb direktorları dərslər başlayan kimi ilk olaraq "fondpulu" adı ilə valideynlərin cibinə girir. Sonra bu siyahını müxtəlif adla "zənginləşdirirlər".

Təəssüf edirik ki, keçmişdən qalan bu könül bulandıran ənənə hələ də davam edir.  "Gündəlikpulu", "təmirpulu", "bayrampulu", "müəllimlər günü üçün pul"… Axı niyə, nəyə görə təhsil müəssisələrində belə xoşagəlməz hallar belə olmalıdır? 
İndi də Sumqayıt məktəblərində monitorinq adı altında "pulyığma kampaniyası"na start verilib. Bugünlərdə Elm və Təhsil Nazırliyinin məktəblərə göndərdiyi təlimata məhəl qoyan yoxdur. Direktorlar yaratdıqları valideyn komitəsinin (votsap qrupunun) sədrinin və sinif rəhbərlərinin əli ilə cibgirlik edir, məktəbdə keçiriləcək monotorinq üçün hər şagirddən 6 (altı) manat məcburi pul tələb edilir. Narazılıq edən valideynlərə isə tapşırığın "yuxarıdan" gəldiyi bildirilir.

Bu barədə kifayət qədər faktlar mövcud olsa da Elm və Təhsil Nazirliyi bu məsələyə birdəfəlik son qoymur. Niyə? Ən yaxşı cavabını özləri bilir. 
Təhsilimizin müsbət imicinə kölgə salan, vətəndaşların haqlı narazılığıa səbəb olan bu neqativ halların təcili və kökündən həll etməyin vaxtıdır və həm də gecdir.
 Elm və Təhsil Nazirliyinə sualımız var: Orta məktəblərdə baş verən neqativ hallardan, o cümlədən ödənişli monitorinq keçirilməsindən xəbərdarsınızmı?

N. Qocayeva
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar