Sizin Reklam Burada
Xəbər lenti
28-09-2024
27-09-2024
BÜTÜN XƏBƏRLƏR

Qənirə Paşayevanın ölümündən 1 il ötdü - Şəkil

Tarix: 28-09-2024 08:50     Baxış: 323 A- / A+
Mərhum millət vəkili, ictimai xadim, professor Qənirə Paşayevanın ölümündən 1 il ötdü.

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olub, 20-dən artıq elmi, publisistik kitabın, romanın, yüzlərlə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olub.

1998-ci ildən "ANS" televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub. 2012-2015-ci illərdə «Odlar Yurdu" Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.

Üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Q.Paşayeva Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Gürcüstanın, habelə Türkiyənin bir çox vilayətlərinin fəxri vətəndaşı olan Qənirə Paşayeva Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilib.

O, həmçinin, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.

Millət vəkili Qənirə Paşayeva 2024-cü ilin sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.  Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulmuşdu.
48 yaşında vəfat edən Qənirə Paşayeva II Fəxri Xiyabanda dəfn olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar