Sizin Reklam Burada
Xəbər lenti
24-05-2026
23-05-2026
22-05-2026
BÜTÜN XƏBƏRLƏR

Sabiq nazirin sabiq müavininin apelyasiya şikayəti təmin olunmadı

Tarix: 11-08-2016 11:21     Baxış: 2324 A- / A+
Sabiq nazirin sabiq müavininin apelyasiya şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində 1995-1999-cu illərdə sabiq müdafiə nazirinin müavini olmuş Mehman Səlimovun birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Manevr.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Mirpaşa Hüseynov sədrlik edib. Prosesdə Mehman Səlimovun anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Məhkəmə baxışı avqustun 17-ə təyin edilib.

1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini vəzifəsində işləmiş Mehman Səlimov 2014-cü ilin noyabr ayında həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir eldə etməklə törədildikdə), 213.2.2 (külli miqdarda vergi ödəməkdən yayınma), 308.2. (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar