Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

ADAU - Təhsil ocağından təcrübə meydançasına çevrilən universitet

Tarix: 13-12-2021 11:39     Baxış: 4835 A- / A+

                        Nadir İsrafilov, Mönsüm Alışov və İbrahim Cəfərov

Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində və uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış və yüksək dəyərləndirmişdir. Ümummilli Lider deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.
Aqrar sahənin inkişafı müasir dövrün tələblərinə cavab verən peşəkar mütəxəssislərin hazırlanmasından əhəmiyyətli dərəcədə asılıdır. Ulu Öndərin iqtisadi islahatlara ilk növbədə aqrar bölmədən başlamağın zəruri olduğu, onun hüquqi bazasının yaradılması haqqında verdiyi göstərişlər bu gün onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Neft sektorundan asılılığı aradan qaldırmaq, qeyri-neft sektorunu inkişaf etdirmək kursu kənd təsərrüfatının inkişafı bu sahəyə marağı daha da gücləndirib.
Bakı Dövlət Universitetinin professoru Mönsüm Alışov və təhsil eksperti Nadir İsrafilov bu günlərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələr üçün yaradılan şəraitlə tanış olub, təəssüratlarını qələmə alıblar. 

Manevr.az həmin yazını təqdim edir.
Ölkədə aqrar mütəxəssislərin hazırlanmasında əsas rolu Azərbaycan Dövlət Aqrar Universiteti oynayır. 2019/2020-ci tədris ilində ADAU-ya ayrılmış 1485 yerdən 1368 yerə tələbə qəbul olunub. Bu, ADAU tarixində ən yüksək göstəricidir. Qəbul imtahanlarının ilk mərhələsində ADAU-nun kənd təsərrüfatı ixtisasları üçün nəzərdə tutulmuş yerlərin mütləq əksəriyyəti dolub ki, bu da abituriyentlər arasında aqrar ixtisaslara marağın artmasının göstəricisi sayıla bilər. Azərbaycan Dövlət Aqrar Universitetində təhsilin stimullaşdırılması üçün tədbirlər davam etdirilir. Ali məktəblərə qəbul imtahanlarında 400-dən yuxarı bal toplamış və Azərbaycan Dövlət Aqrar Universitetini seçmiş tələbələrə 100 manat, 500-dən çox bal toplamış tələbələrə isə 200 manat əlavə təqaüd verilir. Eyni zamanda, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı 6 fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd ödənilir.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”da beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Danılmaz faktdır ki, ali məktəbləri bitirib əmək bazarına qədəm qoyan məzunlar təcrübəsizlikdən iş tapmaqda bir sıra problemlərlə üzləşirlər. Bu problemin həlli istiqamətində ADAU-da hər cür imkan və şərait yaradılıb.
Universitetin tabeliyində təsərrüfat sahəsi yaradılıb. Tədris-təcrübə təsərrüfatı əsaslı şəkildə yenidən qurulub. Ərazisi 73,3 ha, o cümlədən əkin yeri 42,51 ha, meyvə bağı 1,2 ha, örüşlər 15,83 ha, üzümlük 1,52 ha, meşə və meşə zolağı 4,86 ha, ictimai tikililər 3,62, küçə və meydançalar 3,76 ha təşkil edir. Təsərrüfatda üzüm və meyvə bağı salınmış, açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar, kəsim sexi tikilmiş və bütün inventarlarla tam təmin edilmişdir. Eyni zamanda, qoyunçuluq ferması, müasir heyvandarlıq kompleksi, quşçuluq təsərrüfatı professor-müəllim heyəti və tələbələrin tam ixtiyarındadır.


ADAU artıq milli ali təhsil brendimiz olan universitetə çevirə bilib. Universitet üçün yeni korpusların tikintisi, tələbə yataqxanalarının istifadəyə verilməsi, universitetin təcrübə-sınaq bazasının yenilənməsi, müasir kitabxana sisteminin formalaşdırılması, laboratoriyalar şəbəkəsinin genişləndirilməsi və özəl sektorun sifarişləri hesabına bu laboratoriyaların əlavə vəsaitlər qazanmaq imkanlarının yaradılması, ikili diplom proqramlarına qoşulması, beynəlxalq elmi mübadilə layihələrində iştirak, universitetdə gənc müəllimlərin işlə təmin olunması ilə kadr bazasının yenilənməsi və prosesin davamlı olması, tələbələrin biliyinin stimullaşdırılması, məzunların elektron məlumat bankının hazırlanması, xüsusilə həm dövlət, həm də qeyri-dövlət qurumları ilə əməkdaşlığın nəticəsi olaraq məzunların işlə təmin olunması istiqamətində görülən işlər bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin ortaya qoyduğu nümunələrdir.
Oxumaq, lazımi bilikləri əldə etmək, oxuya-oxuya təcrübə qazanmaq, Vətənə layiqli vətəndaş kimi yetişmək üçün daha nə lazımdır? Bəli, bu gün artıq ADAU keçmiş ASXI deyil, müasir dünya universitetləri ilə ayaqlaşa biləcək nüfuzlu ali təhsil müəssisəsidir. Bu universitet ölkəmizdə aqrar sektorun inkişafında xüsusi yerə malikdir. Məhz bu amil nəzərə alınaraq, ADAU-da müəllim və tələbə kollektivinin hərtərəfli fəaliyyəti üçün lazımi şərait yaradılıb.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar