Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu vaksinasiyadan keçir - Nadir İsrafilov

Tarix: 20-08-2021 11:28     Baxış: 4572 A- / A+
Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu vaksinasiyadan keçir - Nadir İsrafilov


Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ilk növbədə, səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb. Daha sonra 65 yaşdan yuxarı vətəndaşların, bir qədərdən sonra isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyası aparılıb və proses uğurla davam etdirilir. Artıq bir çoxları ikinci doza vaksini də vurdurublar. Pandemiya ilə mübarizə çərçivəsində vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində və regionlarda tibbi ərazi bölmələri fəaliyyət göstərir.

Cəmiyyət üzvləri arasında vaksinasiya ilə bağlı birmənalı fikir formalaşmasa da, hələlik yoluxucu xəstəliklərlə mübarizədə ən effektiv üsul vaksinasiyadır. Bu, bütün dünyada elmi cəhətdən təsdiq olunmuş profilaktika üsuludur və təbabətin nailiyyətlərindən biri hesab olunur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

O bildirib ki, sərt karantin tətbiq edilməməsi üçün ən məqbul yol vaksinasiya səviyyəsini artırmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı da əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir.

Nadir İsrafilov vurğulayıb ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tədrisin hansı formada başlanacağı cəmiyyəti narahat edir: “Yoluxma sayının artması ənənəvi tədrisin bərpa olunmayacağı ilə bağlı narahatlığı bir qədər də artırıb. Sosial şəbəkələrdə vaksin olunmayan valideynlərin uşaqları məktəbə buraxılmayacaq, övladı orta məktəbə və bağçaya gedən valideynlərdən COVID-19 pasportunun tələb olunması ilə bağlı şayiə xarakterli məlumatlar belə yayılıb. Hətta valideynlərdən onlara koronavirusa qarşı peyvənd olunmayacaqları təqdirdə övladlarının məktəb və bağçaya götürülməyəcəyi ilə bağlı təzyiqlər olunduğunu iddia edənlər də var. Baxmayaraq ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib. Bununla belə, vaksinasiyanın məcburiliyini qəbul etməsək də, zəruriliyini dərk etməliyik”.

Nadir İsrafilov diqqətə çatdırıb ki, indiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub. Lakin valideynləri peyvənd olunmayan uşaqlar virusun yayılması ilə bağlı risk qrupuna daxildirlər. Yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır.

“Pandemiya dövründə öyrənmənin hansı həcmdə itirilməsi və bunu bərpa etməyin yolları barədə düşünməliyik. İnamlı və təhlükəsiz yol isə vaksinasiyadan keçir. Yalnız vaksinasiya prosesindən tam əmin olduqdan sonra sentyabrdan ənənəvi tədrisə qayıtmaq mümkün olar ki, bu da məktəbin ənənəvi formada fəaliyyətə başlamasını səbirsizliklə gözləyən çoxlarının arzusunun reallaşmasının başlıca şərtidir”, - deyə Nadir İsrafilov qeyd edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar