Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc şairin təhsil şöbəsinin müdiri olmasını istəyən ziyalılardan NAZİRƏ MÜRACİƏT

Tarix: 20-08-2020 16:18     Baxış: 3802 A- / A+
Gənc şairin təhsil şöbəsinin müdiri olmasını istəyən ziyalılardan NAZİRƏ MÜRACİƏT


Bir qrup ziyalının, yazarların və ictimai fəalların Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmrullayevə müraciəti:

Manevr.az redaksiyanın elektron poçtuna daxil olan sözügedən müraciəti təqdim edir:

"Hörmətli cənab nazir!

Allahşükür AĞA (Ağayev Allahşükür Güləhməd oğlu) 1991-ci il, 18 iyulda, Saatlı rayonunun Əhmədbəyli (keçmiş Telmankənd) kəndində anadan olmuşdur.
2008-ci ildə Əhmədbəyli kənd tam orta məktəbinin məzunu olub. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun “Filologiya” fakültəsini “ bitirib. Uşaqlıq illərindən yaradıcılıqla məşğul olmuş, şeirlər yazmağa başlamışdır.
“Mənim Qəmli Dünyam”, “Qəlbimdən Gələn Səslər ”, “Quşlara, Buludlara, Uşaqlara” adlı şeir kitablarının müəllifidir.
Hal-hazırda Əhmədbəyli kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsində işləyir.”Ocaq” qəzetinin bölgə müxbiridir.
DGTYB-nın və AYB-nin üzvüdür, 2017- ci ildə Prezident təqaüdünə layiq görülüb...


Allahşükür Ağa şeirlərində vətənpərvərlik və milli dəyərlər mövzusuna hər zaman geniş yer vermişdir. Yazıçılar Birliyinin bütün mətbu orqanlarında müntəzəm olaraq çap olunur.Tanınmış tənqidçilər dəfələrlə onun yaradıcılığını incələmiş, haqqında müsbət fikirlər bildirmişlər.
Ədəbi və ictimai işlərdə hər zaman fəallıq göstərmişdir. Dəfələrlə şeir yarışmalarının qalibi olmuş, həmçinin müəllimlik fəaliyyətində də xeyli uğurlar qazanmışdır. Şagirdləri ən yaxşı ali məktəblərə yüksək nəticə göstərərək qəbul olublar. Bir neçə elmi məqalələrin müəllifidir.Elmi müzakirələrdə fəal iştirak edir.
Təhsil hər bir dövlətin,xalqın həyatında mühüm rol oynayır.Sağlam və parlaq gələcəyə gedən yol güclü,mükəmməl təhsildən başlayır.
Məhz buna görə də ölkənin bir qrup ziyalısı,ictimai fəalı və yazarları sizdən dəyərli həmkarımız Allahşükür Ağayevin Saatlı Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə layiq görməyinizi xahiş edirik.
Biz inanırıq ki Allahşükür Ağayev kimi işıqlı ziyalılarımız sizin qoyduğunuz yolu böyük məsuliyyət və dəqiqliklə gedə biləcək,Saatlı rayonunun təhsil həyatında saysız-hesabsız irəliləyişlər və nailiyyətlər qazanmasında əlindən gələni əsirgəməyəcəkdir.

Əsəd Cahangir- “Azərbaycan” jurnalının baş redaktorunun müavini, tənqidçi

Cavanşir Yusifli -filologiya elmləri doktoru, tənqidçi

Savalan Talıblı- Analoq.az saytının baş redaktoru

Faiq Balabəyli jurnalist,şair, Müstəqil.az saytının təsisçisi

Oğuz Ayvaz-şair

Adilə Nəzər – Filologiya üzrə fəlsəfə doktoru, şair, AYB-nin üzvü

Səfa Rəşid- şair, YYSQ-nun İspaniya təmsilçisi

Dayandur Sevgin-şair, AYB-nin üzvü

Namiq Hacıheydərli-şair, AYB-nin üzvü

Fərid Hüseyn-şair, AYB-nin üzvü

Emin Piri- şair, AYB-nin üzvü

Həsən Kür-şair

Faiq Hüseynbəyli – şair, AYB-nin üzvü

Narıngül Nadir – şair, jurnalist, AYB-nin üzvü

Aysel Xanlarqızı Səfərli – şair, AYB-nin üzvü, Müstəqil.Az saytının redaktoru

Qismət Məsim-şair

Gülnarə Sadiq-şair, AYB-nin üzvü

Ulucay Akif-şair, AYB-nin üzvü

Nərgiz İsmayılova- Filologiya üzrə fəlsəfə doktoru, şair

Şəfa Vəli-şair, AYB-nin üzvü

İradə Aytel-şair, jurnalist, AYB-nin
üzvü

Nuranə Nur-şair, AYB-nin üzvü

Behbudov Pərvin -kompüter mühəndisi

Zahid Məmmədli-müəllim

Zahid Hüseynoğlu -müəllim

Oruc Muradov- müəllim

Əfsanə Rəvan-şair, AYB-nin üzvü

Vüsal Məmmədov-müəllim

Taleh Mansur-Şair, AYB-nin üzvü

Etibar Qoca-Rəssam, şair"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar