Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutuna qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!

Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) tələbə qəbulu III ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilir. Qəbul planı üzrə İslamşünaslıq ixtisasına 36, Dinşünaslıq ixtisasına 36 yer ayrılıb. Tələb olunan qəbul balı minimum 150 baldır.
Aİİ-də təhsil tam ödənişsizdir və dövlət sifarişi əsasında aparılır. Eyni zamanda, İnstitutda təhsilalanlar pulsuz dərslik və geyimlə təmin edilirlər. Yüksək nəticə göstərən tələbələrə müxtəlif təqaüd proqramları ilə dəstək verilir.
Məlumat üçün bildirək ki, Aİİ Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafı, dini fəaliyyət sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmini məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında təşkil olunub. Aİİ-də tədris prosesi xaricdə təhsil almış yüksək ixtisaslı kadrlar tərəfindən həyata keçirilir. Ali təhsil müəssisəsində müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, Xristianlıq, Yəhudilik, Hinduizm, Buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi, eləcə də ictimai strukturları tədris olunur. Ali tədris müəssisəsində, həmçinin dini elmlərlə yanaşı, fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizmə giriş, sosial və humanitar elmlər də keçilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar