Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı professor koronavirusun bitəcəyi tarixi AÇIQLADI

Tarix: 03-04-2020 20:55     Baxış: 4480 A- / A+
Azərbaycanlı professor koronavirusun bitəcəyi tarixi AÇIQLADI


Koronavirus epidemiyası bütün dünyada can almaqda və yoluxanları hədəfə almaqda davam edir. İndi dünyanın diqqəti bu virusdan yaxa qurtarmağa yönəlib

Manevr.az xəbər verir ki, bununla bağlı tibb eksperti Adil Qeybulla sonxeber.az-a danışıb. Professor hazırda ölkəmizdə yayılan epidemiyanın aprel ayında pik dövrdə olacağını açıqlyıb:

"Aprel ayında ölkəmizdə xəstəliyin pik həddi olacaq. Yoluxan adamlar, onların yoluxdurduğu adamları nəzərə alsaq, aprel ayında virusun pik dövrünə təsadüf edəcəyimizi deməyə əsas verir. Həmin dövrə gəlib çatmışıq, bunu xəstəliyin artan dinamikası göstərir. İnsanların karantin tələblərinə riayət etməsi lazımdır ki, biz də bu işi uğurla yekunlaşdıra bilək. Söhbət burada az itkilərlə vəziyyətdən çıxmaqdan gedir. İnsanlar arasında panika yaratmaq da, sözügedən məsələyə laqeydlik də aşılamaq lazım deyil. Laqeydliklə panika arasında qızıl orta tapmaq lazımdır. Biz sosial distansiyanı gözləsək, təmasdan qaçsaq, karantin tələblərinə əməl etsək, qısa müddətdə bu xəstəlikdən yaxa qurtara bilərik. Hazırda İngitərədə və digər ölkələrdə xəstəliyin enişi müşahidə edilir"
Tibb eksperti Adil Qeybulla pandemiya ilə əlaqədar dövlətin qaydaları sərtləşdriliməsini məntiqli gördüyünü açıqlayıb. O, həmçinin, virusun iyun ayında təmamilə yox olacağını bildirib:

"Virusun iyun ayında təmamilə yox olacağını proqnozlaşdırıram".

Adil Qeybulla malyariya dərmanlarının tibbdə koronavirusun qarşısının alınmasında effektiv olduğunu deyib:

"Dünya təcrübəsi göstərir ki, antimalyariya dərmanları virusların çoxalmasının qarşısını alır. Bir vaxtılar Hindistanda malyariya yayılanda, "Hindistan suyu" adlı formul yaratmışdılar. Həmin suyun tərkibində xüsusi maddə vardı. Bu dərman vaxtilə əsgərlər arasında malyariya yayılmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Sonda həmin formula dünyada istehsal olunmağa başladı. Bizim mağazalarda da həmin sudan var. Düşünürəm, müvəqqəti olaraq bu vasitədən də alıb, istifadə etmək olar. Qeyd edim ki, koronavirusa yoluxan 4 xəstədən 3- də simptomlar elə də bilinmir. Həmin xəstələrin 3-ü bu xəstəliyi heç özünün də xəbəri olmadan ayaq üstə keçirir. Vəziyyət dramatikdir. Dünyada yoluxma rəqəmləri göstərilən rəsmi rəqəmlərdən yüksəkdir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar