Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda distant təhsilə start verilib

Tarix: 01-04-2020 21:40     Baxış: 3340 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda distant təhsilə start verilib


Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) distant təhsilə start verilib.

Manevr.az xəbər verir ki, institutda tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsinə əsasən ali təhsil müəssisəsi “Microsoft Teams” platforması üzərindən dərslərə başlayıb. Müəllim və şagirdlərin evdə qalaraq həyata keçirdiyi tədris prosesi dərs cədvəlinə və sillabuslara uyğun olaraq aparılır. Proses tədrisin təşkil edildiyi bütün kursları əhatə edir.

Qeyd edək ki, Aİİ-də distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər həyata keçirilir. Məlumdur ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən aparır.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 20 aprel 2020-ci ilə qədər ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar