Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Təhsil Nazirliyindən VACİB MƏLUMAT: evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı

Tarix: 17-03-2020 14:02     Baxış: 41 185 A- / A+
Təhsil Nazirliyindən VACİB MƏLUMAT: evdə dərs öyrənmək istəyənlər üçün tədris resurslarını açıqladı


Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən dərslərin onlayn öyrənilməsi məqsədilə şagirdlərə mövcud tədris resurslarını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, "Dərs vaxtı" - "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

"Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı "Facebook" səhifəsindən də izləmək imkanı əldə edə bilərlər.

video.edu.az
- portala 1651 videodərs yerləşdirilib. Elektron portalda hər ay belə dərslərin sayı artırılmaqdadır. Portalda 3D animasiyalı videolar, "Khan Academy" dərsləri və qiymətləndirmə sistemli videodərslər mövcuddur. Dərslər yerli və xarici müəllimlərin iştirakı ilə milli kurikuluma uyğun hazırlanır.

www.e-derslik.edu.az - portalda 232 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 256 elektron vəsait mövcuddur. Video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı hazırda 28-dir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar