Xəbər lenti
Göyçayda 800-dən çox şagird məktəbsiz qalıb - VİDEO
Göyçayda 800-dən çox şagirdin oxuduğu təhsil ocağı bərbad vəziyyətdədir.
Manevr.az-ın məlumatına görə, sözügedən təhsil ocağı ötən əsrin 80-ci illərində inşa edilmiş Göyçay rayon Ləkçıplaq kənd 1 saylı tam orta məktəbidir.
İllərdir binanın təmirə ehiyacı olduğundan dövlət proqramına salınaraq cari ildə təmir işlərinə başlanılıb. Əvvəlcə məktəb binası təmir üçün iyul ayında sökülüb və könhə avadanlıqlar boşaldılıb. Bir ay ərzində söküntü işləri aparılıb, amma təmir işləri nədənsə saxlanılıb. Bu səbəbdən də kənd sakinləri tərəddüd içərisində qalıblar. Cari dəsr ilində onlar övladlarını hansı məktəbə göndərəcəyini bilmirlər.
Ləkçıplaq kənd 1 saylı məktəb ən böyük təhsil müəssisələrindən biridir. Bu məktəbdə 800-dən çox şagird təhsil alır. Məktəb binasında təmir işlərinin dayandırılması ən çox valideynləri narahat edir.
Təhsil ocağında təmir işlərinin dayandırılması ilə bağlı Göyçay rayon İcra Hakimiyyətinin Ləkçıplaq kənd ərazi nümayəndəsi Aydın Əliyev "Xəzər Xəbər"ə bildirib ki, məsələ ilə bağlı mövcud vəziyyət rayon həhbərliyinin diqqətindədir. Yeni dərs ilində şagirdlərin təhsil alması üçün yerlər ayrılıb. Lazım olduqda şagirdlərin daşınması üçün avtobusların ayrılması da nəzərdə tutulub.
Göyçay Təhsil şöbəsinin müdiri Elnur İsmayılov da "xəzərxəbər"ə açıqlamasında həmin məktəbin şagirdlərinə yer ayrılmasının onlarla razılaşdırıldığını təsdiqləyib. Məktəbin təmirinin yarımçıq qalmasının səbəbi isə söküntü və tikinti işinin aparılması üçün elan edilən tenderdə iki şirkətin qalib gəlməsidir. Söküntünü aparan şirkət öz işini görüb. Tikintini aparacaq şirkət isə sentyabrın 1-dən işə başlayacaq. Məktəb növbəti tədris ilinə kimi hazır olacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar