Xəbər lenti
BDU tələbələrinin "Aşıq Şəmşirin xatirə muzeyi"nə ekskursiyası təşkil edilib - ŞƏKİLLƏR

18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bir qrup tələbəsinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Aşıq Şəmşirin Xatirə Muzeyi”nə ekskursiyası təşkil edilib.
Manevr.az-ın məlumatına görə, ekskursiya zamanı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov Beynəlxalq Muzeylər Gününün əhəmiyyəti və “Aşıq Şəmşirin Xatirə Muzeyi” haqqında, muzeydə toplanan eksponatlar barəsində tələbələrə müfəssəl məlumatlar verib. Eyni zamanda BDU-nun dosenti Ələmdar Cabbarlı Aşıq Şəmşirin XX əsr Azərbaycan ədəbiyyatında və aşıq sənətindəki yeri və mövqeyi ilə bağlı məlumatları da tələbələrin diqqətinə çatdırıb.




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar