Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Direktoru yox, məktəbi qorumaq lazım idi..." - Şahlar Əsgərov

Tarix: 14-04-2019 19:18     Baxış: 3565 A- / A+
"Direktoru yox, məktəbi qorumaq lazım idi..."

"Biz bəzən məktəbi yox, direktoru qoruyuruq, məktəbi həmişə direktora qurban veririk..."

Manevr.az bildirir ki, bu sözləri professor, əməkdar elm xadimi Şahlar Əsgərov 162 nömrəli məktəbdə baş vermiş hadisəyə münasibətini bildirərkən deyib. Professorun qeydlərini təqdim edirik:

"Nəyi qurban verək?

162 nömrəli məktəbdə baş verən faciəni müzakirə etmək üçün media nümayəndələri BMM-də yığışmışdı. MM deputatı hörmətli Aflatun Amaşov açılış çıxışında qeyd etdi ki, cəmiyyətdə iki mövqe var. Bir qrup insanlar deyir ki, cəmiyyətdə baş verən hadisələri jurnalistlər birmənalı yazmalıdır. Digər qrup insanlar isə deyirlər ki, bəzi hadisələr mətbuatda müzakirə edilməməlidir. Bu müzakirələr cəmiyyətimizə nə vəd verir?
Mən ikinci qrup insanların tərəfindəyəm. Cəmiyyətdə baş verən hər şeydən yazmaq olar. Amma keçmiş və indiki nəsillərin yaratdığı dəyərlər sistemi tənqid hədəfi olmamalıdır. Misal üçün “flan nazir oğluna, filan deputat qızına nişan toyu etdi ”. Bunları yazmaq olar və lazımdır. Amma Xəlil Rza, Səməd Vurğunun və ya Bəxtiyar Vahabzadənin şəxsiyyətinə kölgə salan məqalə yazılmamalıdır. Çünki onlar milli dəyər yaradıcılarıdır.
Qayıdaq Elinanın bədbəxt taleyinə. Bu məsələdə direktoru, müəllimi, valideyinləri və onlarla digər insanları tənqid etmək olar, ancaq məktəbi gözdən salmaq olmaz. Məktəb zülmətləri işıqlandırır. İşıq isə dəyərdi. Məktəb də dəyərdi.
Kimi nəyə qurban verək, direktoru məktəbə, yoxsa məktəbi direktora? Əlbətdə direktoru məktəbə. Çünki, direktor doğulandır- öləndir. Ancaq məktəb doğulsa da öldürməsən ölməz. Öləni yox, ölməzi qorumalıyıq.
Əsas məqsədimiz məktəbi qorumaqdır. Çox təssüf ki, biz bəzən məktəbi yox, direktoru qoruyuruq. Bu bizim milli təhsil sistemimizin əsas qüsurudur. Məktəbi həmişə direktora qurban veririk.
Elinanın hadisəsində bütün aidiyyati qurumlar (təhsil, səhiyyə, idarəetmə) məktəbi yox, direktoru qorumağa cəhd etdilər. Nəticədə zavallı qızcığaz dünyasını dəyişdi. Direktoru yox, məktəbi qorumaq lazım idi. Məktəblərdə əxlaqa zidd hadisələr ona görə baş verir ki, biz məktəbi yox, direktoru qoruyuruq. Məktəb dəyərdi, onu gözdən salmaq olmaz. Məktəbin təssübünü millət, ziyalılar çəkməlidirlər.
Məktəbin bu işdə heç bir günahı yoxdur. Onu günahkar sayıb pəncərələrin mismarlamaq müdrüklükdən kənar addımdır. Elektrik cəryanı da insanı vurub öldürür, amma heç yerdə bu “cinayətə” görə elektrik xətlərini söküb dağıtmırlar. Sadəcə elektriklə davranışı öyrədirlər. Məktəbdə şagirdlərlə işləməyi bacarmaq lazımdır. Məktəbi, şagirdi sevən, məsulliyyətin bilən müəllimlər içərisindən direktor seçilib təyin edilməlidir. Belə hadisələr məktəbi gözdən salır, etimadı itirir. Bu isə bizə yox, düşmənlərimizə xeyirdi.
Ulu öndər Heydər Əliyev YAP yaradılmasının 10 illiyində söyləmişdir: “Azərbaycan elə bir ölkədir ki, indi bir çox xarici dövlətlərin həm maraq dairəsinə çevrilibdir, həm də öz coğrafi-strateji vəziyyətinə, təbii sərvətlərlə zənginliyinə görə müxtəlif ölkələrindiqqətini cəlb edir. Ona görə, biz mürəkkəb bir şəraitdə yaşayırıq. Siz bunu bilin”.
Bu mürəkkəb şəraitdə bizim dəyərlər sistemimizi dağıtmaq istəyirlər. Misal üçün kvant psixoloqu Gülnara İnanc modern.az saytına geniş müsahibəsində deyir: "Düşünürəm ki, Qərbdəki yanaşma, yəni əvvəlcə qızla oğlanın bir yerdə yaşayıb, cinsi əlaqədə olub, sonra evlənməsi daha doğrudur”.
Diqqət yetirin: bakirəlik müsəlman Şərqində dəyərdi, Qərbdə isə bu dəyər deyil. Bu xanım dəyərimizi dəyərsizləşdirmək istəyir. Qısası, bizim dəyərlər sistemimiz çox tərəfdən (həm daxildən, həm xaricdən) nişan altındadır. Biz bunu bilməliyik."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar