Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu bölgənin adamları daha çox yaşayırlar – Statistika

Tarix: 06-04-2019 16:29     Baxış: 4231 A- / A+
Azərbaycanda bu bölgənin adamları daha çox yaşayırlar – Statistika


"Azərbaycanda hər 10000 nəfər hesabı ilə ölüm əmsalı aran ərazilərində istisnasız olaraq, dağ rayonlarından aşağıdır”.

Manevr.az xəbər verir ki, bununla bağlı statistikanı iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. O qeyd edib:

"Azərbaycanda ölüm statistikası ilə bağlı maraqlı bir məqam diqqətimi çəkdi. Uzun illər ərzində ictimai rəydə belə bir populyar yanaşma formalaşıb ki, dağlıq ərazilərdə insanlar aran yerlərinə nisbətən daha sağlam olur və daha uzun yaşayırlar. Bəlkə də ayrı-ayrı fərdlərin uzunömürlülüyü baxımından bu doğru ola bilər. Məsələn, 100-dən çox yaşı olanların dağlıq ərazilərdə sayca daha çox olması buna nümunə gətirilə bilər.
Amma bizim rəsmi statistika göstərir ki, Azərbaycanda hər 10000 nəfər hesabı ilə ölüm əmsalı aran ərazilərində istisnasız olaraq, dağ rayonlarından aşağıdır 2017-ci ilin timsalında rəqəmləri təqdim edirəm, özünüz baxın:

Əhalinin hər 10000 nəfəri hesabı ilə ölüm əmsalının ən yüksək olduğu 5 rayon:

Gədəbəy – 83 nəfər
Qazax – 78 nəfər
Tovuz – 75 nəfər
Qax – 74 nəfər
Ağstafa- 72 nəfər


Əhalinin hər 10000 nəfəri hesabı ilə ölüm əmsalının ən aşağı olduğu 5 rayon:

Saatlı – 46 nəfər
Biləsuvar – 46 nəfər
Cəlilabad – 46 nəfər
İmişli – 51 nəfər
Qobustan – 53 nəfər”.


Göründüyü kimi, ölüm əmsalının ən aşağı olduğu dağlıq rayonla ən aşağı olduğu aran rayonu arasında az qala 2 dəfə fərq var və bu çox böyük bir fərqdir.

R.Ağayev daha bir maraqlı məqama da diqqət çəkib:

"Ölkənin cənubundakı dağlıq rayonlarında ölüm əmsalı qərb və şimal, şimal-qərb hissəsindəki rayonlardan çox aşağıdır. Burda statistikanın xətasının hansı payı olduğunu deyə bilmərəm, hər halda rəsmi məlumatdır. Düşünürəm ki, əhalinin gəlirləri və tibbi infrastrukturun vəziyyəti ilə bu göstəricilər arasında əlaqəni araşdıran yaxşı bir araşdırmaya ehtiyac var”.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar