Xəbər lenti
“Ömür ağacından düşən yarpaqlar” - Rafiq Yusifoğlunun yeni kitabı
Bu günlərdə professor Məhərrəm Qasımlının redaktorluğu ilə nəfis tərtibatla çap edilən “Ömür ağacından düşən yarpaqlar” (Bakı, ADPU nəşriyyatı, 2019, 300 səhifə) kitabına görkəmli şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun ilk qələm təcrübələri, eləcə də indiyəcən heç bir toplusuna daxil edilməyən yaradıcılıq nümunələri toplanmışdır. Necə deyərlər, kitab yeni olsa da, oradakı şeirlər yeni deyil, çoxdan qələmə alınıb...
Kitabın maraqlı, yıgcam ön sözündə müəllif yazır:
“Övladı şikəst doğulduğuna görə atmaq böyük günah olduğu kimi, zəif şeirlərdən də imtina etmək mənə qəbahət göründü ovqatımın bu məqamında, yaşımın bu çağında… Bu şeirlər nə qədər zəif olsa belə, onu yazanın daxili dünyasında gedən prosesi izləmək baxımından maraq doğurur…
Bu şeirlərin heç biri o vaxt çap olunmayıb… Neçə-neçə kitabım işıq üzü görsə də, zəif sandığım üçün onların heç birini bu vaxta qədər nəşr edilən toplularıma daxil eləməmişəm. Tərəddüd içində qalmışam. Onları nə cırıb atmağa əlim gəlib, nə də oxucu mühakiməsinə verməyə… Eləcə ayrı-ayrı dəftərlərimdə illər boyu uyuyub qalıblar… Ancaq ömrün bu çağında həmin yazıları oxuyanda mənə aydın oldu ki, yelə verdiyim ömürdən mənə qalan yalnız və yalnız bunlar və onların doğurduğu yaşantılardı… Bu misralar özünü təsdiqə çalışan, lakin arzusuna çatmayan bir yeniyetmənin daxili dünyasını, arzu və düşüncələrini, yaşantılarını, sevinc və kədərini xəyalımda canlandırmaq üçün mənim yeganə yardımçımdı… İndi o günlərin xiffətini elə çəkirəm ki…
…Bu mənim öz yaşantılarımdı, onun kimsəyə aidiyyəti yoxdu… Bir də elə bil ki, bu yazılar mənim ədəbiyyat diyarına uçan söz qatarımdan ayrılıb qalan yaralı, uçmağa taqəti olmayan durnalardı...
İndi bu şeirləri ona görə çap elətdirmirəm ki, oxucuların mühakiməsinə verim, ona görə çap etdirirəm ki, ömrümün ötən günlərinin yaşantılarına bu gün bir insan kimi ehtiyacım var… Onların oxucusu yalnız özüm olsam belə…”
Kitabı oxuduqda isə əsərləri 16 yaşından çap olunmağa başlayan Rafiq Yusifoğlunun ilk qələm təcrübələrinin belə bitkinliyi, obrazlılığı, məna aydınlığı, müəllifin yeni fikir axtarışları, yeni deyim tərzi diqqəti cəlb edir. Şeirlərin mövzu və problematikası bu gün də öz aktuallığını saxladığı kimi, onların bədii xüsusiyyətləri də diqqəti cəlb edir.
“İlk addımlar”, “İrəvanda keçən günlər”, “İllər gəlib keçdi ömürdən illər”, “Təmsillər və satirik şeirlər” və “Baməzə xatirələr” adlı bölmələrdə şairin gənclik illərində yazdığı əsərlər toplanmışdır.
Rafiq Yusifoğlunun ömür ağacından düşən yarpaqlar adlandırdığı şeirlər əslində indi də təzə-tərdi, təravətlidi... Bu şeirlər həm də şairin yaradıcılıq yolunu izləmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Manevr.az
P.S. Manevr.az olaraq dəyərli şairimiz Rafiq Yusifoğlunu təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar