Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şahlar Əsgərov Azərbaycan İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda məruzə ilə çıxış edib - ŞƏKİLLƏR

Tarix: 13-03-2019 19:44     Baxış: 3574 A- / A+
Şahlar Əsgərov Azərbaycan İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda məruzə ilə çıxış edib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin "Elm günü" kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. Tədbirlər planına uyğun olaraq, ali təhsil müəssisəsində “Elm günü”nə həsr olunmuş “Din və elm” mövzusunda professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun seminarı təşkil edilib.

Manevr.az xəbər verir ki, Aİİ rektoru Ceyhun Məmmədov tədbiri giriş nitqi ilə açaraq, müasir dövrdə elm və təhsilin cəmiyyətin inkişafında oynadığı roldan bəhs edib.
Azərbaycanın ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan, rektor dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. C.Məmmədov, həmçinin elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu vurğulayıb.

İnstitutda tələbələrin nitq və polemika qabiliyyətinin, özünüifadə bacarığının, tənqidi təfəkkürün formalaşmasına xüsusi önəm verildiyini qeyd edən rektor, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə İnstitutda ardıcıl seminarlar, görüşlər təşkil olunduğunu vurğulayıb. C.Məmmədov daha sonra bildirib ki, ali təhsil müəssisəsi elmi və mədəni inkişafı təmin etmək məqsədilə müxtəlif konfrans, “dəyirmi masa” və görüşlərin təşkilinə xüsusi önəm verir.
Şahlar Əsgərov Azərbaycan İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda məruzə ilə çıxış edib

Professor, ictimai-siyasi xadim Şahlar Əsgərov “Din və elm” mövzusunda məruzə ilə çıxış edərək, din və elm məfhumlarının qısa tarixinə toxunub. O bildirib ki, dinlə-elmi bir həqiqətin iki fərqli üzü kimi də xarakterizə etmək mümkündür. Elmin və tərəqqinin insan həyatındakı xüsusi əhəmiyyətini vurğulayan Ş.Əsgərov bu amilin gənclərin formalaşmasındakı rolundan ətraflı bəhs edib.

Görüşdə digər elmlərin İslam dini ilə sıx və qarşılıqlı münasibətdə olduğu bildirilib. Qeyd olunub ki, din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlə elm öyrənməyə dəvət edir.

Daha sonra Şahlar Əsgərov tələbələrin suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

Manevr.az
Şahlar Əsgərov Azərbaycan İlahiyyat İnstitutunda “Din və elm” mövzusunda məruzə ilə çıxış edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar