Xəbər lenti
Emil Rasimoğlu: "Elçin Əlibəyli heç olmasa bircə dəfə aparıcısı olduğu verilişin kadrlarına baxsın"
Bir neçə gün öncə saytımızda Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil Rasimoğlunun “Space” TV-nin rəhbəri Vaqif Mustafayevə müraciəti, çağırışı yayımlanmışdır. Muraciət telejurnalist, “Space" TV-nin əməkdaşı, “El bizim, sir bizim” verlişinin aparıçısı Elçin Əlibəylinin verlişə dəvət etdiyi qonaqlarla qeyri-etik ünsiyyət vasitəsi qurmasından ibarət idi.
Bununla bağlı olaraq Elçin Əlibəyli bu gün Cebhe.info-ya açıqlamasında bu sözləri deyib: “Vallah, nə çağırış edir, özü bilər. Mənə maraqlı deyil”.
Elçin Əlibəylinin açıqlamasından sonra AYB üzvü, gənc şair Emil Rasimoğlu Manevr.az-a açıqlamasında Elçin Əlibəyliyə cavab verib:
“Bəs Elçin Əlibəyliyə nə maraqlıdır? Yoxsa, efirdə nə olur-olsun; şəxsiyyət alçalsın, bəsit müzakirələr açılsın, alçaldıcı ifadələr səslənsin fərqi yoxdur, əsas odur reytinq olsun? Yoxsa elə bunamı çalışır? Yoxsa bu maraqlıdır? Yox əgər maraqlı olan bu deyilsə bəs nədir?!.
Bir telejurnalist efirdən öz sərhədlərini mənfi istiqamətdə aşırsa, həm də aşırı dərəcədə adlayırsa, ona heç bir bəraət yoxdur. Elçin Əlibəyli o tərzdə cavab verincə heç olmasa ekran qarşısında dayanıb bircə dəfə aparıcısı olduğu verilişin kadrlarına təkrar-təkrar baxsın və aşağılayıcı çıxışlarını dönə-dönə izləsin. O zaman görək bir ziyalı, bir alim, bir telejurnalist kimi özü-özünün efir davranışlarını qəbul edirmi? Özü-özünü qane edirmi?!.
Bir o qalıb ki, çağırdığı qonağla efirdə əlbəyaxa ola...
Mən yenə bu və bu kimi problemlərdə bir TV rəhbər olaraq Vaqif Mustafayevi məsul görürəm. ”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar