Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sensasiya! - "Armani" düşmən, daşnak firmasıdır - ŞƏKİLLƏR

Tarix: 18-02-2019 23:56     Baxış: 2347 A- / A+

"Ermənistan imperiyası"nın yaradılmasına niyə kömək edirik?..


Sensasiya! - "Armani" düşmən, daşnak firmasıdır


"ARMANİ"nin məhz "erməni" sözünün dəyişilmiş şəkli olması neçə illərdir bizləri niyə narahat etməyib, şübhələndirməyib?

Azərbaycana gətirilib, İtaliya istehsalı kimi "ARMANİ" adı ilə satılan pal-paltarların, ayaqqabı və s. "şmotka"nın satışından əldə edilən yüz minlərlə dollar əslində erməni olan italyan milyarderi Corco Armaninin fonduna, ordan isə silah şəklində bizim təpəmizə - günahsız qocaların, qadınların, uşaqların başına atılmaq üçün göndərilir. Başqası yox, biz özümüz göndəririk!

Doğrusu, bu murdar ad məni hələ 7-8 il əvvəl şübhələndirmişdi. İlk dəfə Bakıda, daha sonra isə Sumqayıtda gözümə sataşan bu brendin adı narahatlıq doğurmaya bilməzdi. Ancaq Sumqayıtın keçmiş "Dostluq" (?!.) küçəsinin şimal hissəsində yeni yaradılmış bir çayxananın ətrafına çəkilmiş enli bannerin - qalın qırmızı parça zolağının üzərində bir-birinin ardınca sıralanmış "Armani" sözlərini görüb, bu barədə narahatlığımı o vaxtkı İcra Hakimiyyəti məmurlarından birinin diqqətinə çatdırdıqda o, məni arxayınlaşdırmağa çalışaraq bildirmişdi ki, "şübhəyə heç bir əsas yoxdur. Araşdırmışıq, ad çox oxşar olsa da, bu, bir İtaliya firmasıdır". (Guya ki, hansısa bir milyarderin, qatı, hiyləgər daşnakın mafiya İtaliyasında öz firmasına belə bir ad verməsi müşkül məsələ idi).

...Bir müddət əvvəl avtobusda gedərkən 10-12 yaşında uşağın, daha sonra bankların birində cavan oğlanın əynində "ARMANİ" sözü yazılmış köynəyi görəndə narahatçılığım yenə də artdı. Deməli, biz öz pullarımızla ermənilərin silahlanmasına kömək göstəririk. Təbii ki, uşağın anasından oğlunun jaketinin arxasında "qartal" qanadı təsviri ilə yanaşı yazılmış "armani" sözünün nə olduğunu soruşanda təəccüblə mənə baxaraq dedi ki, "vallah, erməni sözünə oxşayır, amma o paltarı Bakıdan almışıq".

Bankda rast gəldiyim tələbəyə isə sual edəndə ki, "o söz" nədir, fikrimi dərhal başa düşdü. İngiliscə bilmədiyim üçün ondan soruşdum ki, bəs "armani"dən əvvəl yazılan "Emperio" nə deməkdir, çətinlik çəkmədən dedi ki, "imperiya".

- Deməli, sənin köynəyində "Erməni imperiyası" yazılıb, eləmi? - soruşdum.

Təəssüflə bildirdi ki, "bəli, elədir..."

- Bəs sən əynindəki o köynəklə heç vaxt olmamış və olmayacaq "Erməni imperiyası"nı niyə gəzdirirsən, təbliğ edirsən? - deyə soruşanda cavab verdi ki,
"düzü, diqqətlə fikir verməmişdim. Mağazada gördüm, aldım".

Ona məsləhət gördüm ki, Azərbaycanı, xalqını sevirsə, bir də o cür markalı pal-paltar almasın və əynindəkini də evə çatan kimi çıxardıb, yandırsın. Söz verdi ki, elə də edəcək.

Bugünlərdə isə yolum bir univermağa (indi "market" - "parket" deyirlər) düşmüşdü. Almaq istədiyim corabların üstündə yenə o murdar "armani" sözünü görüb, əsəbiləşdim. Satıcıdan soruşdum ki, o sözün nə demək olduğunu başa düşürmü? Yazıq qız gözlərini döyüb, dedi ki, bilmir, ancaq "erməni" sözünə oxşayır. Ona da qısa izahat verib, xahiş etdim ki, müdiri çağırsın bura. Bildirdi ki, müdir indi yoxdur...

Bax, belə... Sonrakı günlərdə də daha bir-neşə adamın əynində, hətta qadın ayaqqabısında da "erməni imperiyası"nı görəndə rahatlığım pozuldu. Odur ki, sabah jurnalist araşdırmamın nəticəsi olaraq "Armani"nin mənsub olduğu o gey-milyarderin (iki il əvvəl gorbagor olub), həmçinin Fransada yaşayan bir erməni fahişəsinin Qarabağ ermənilərinə və Ermənistana hansı yardımlar göstərdikləri barədə ətraflı, sensasion bir araşdırma yazı təqdim edəcəyəm.

Sensasiya! - "Armani" düşmən, daşnak firmasıdır

Hələlik isə o "murdarların" əlindən çıxan, "erməni imperiyası"nı təbliğ edən paltarlardan istifadə edənlərə üzümü tutub, demək istəyirəm:

"Yandırın o paltarları, heyfiniz gəlməsin! Azərbaycan naminə, türk adı naminə yandırın o paltarları! Onları üstünüzdə gəzdirib, "Ermənistan imperiyası"nı təbliğ etməyin!"

Rəhman ORXAN.

Sensasiya! - "Armani" düşmən, daşnak firmasıdır
Sensasiya! - "Armani" düşmən, daşnak firmasıdır
Sensasiya! - "Armani" düşmən, daşnak firmasıdır

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar