Xəbər lenti
Uzaqdan görünən adam
Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən
Azərbaycanda yaşasa da o, Amerikadan çox əzəmətli görünür.
Professor Ronald Yager (ABŞ)
Seçilmiş insanlar var, seçilənlər var. Yaradanın seçib yaratdığı, insanların əməllərinə görə seçdikləri, dəyərləndirdikləri var.
Bu seçilmişlər sonradan millətini, xalqını, dövlətini tanıdırlar.
Rafiq Əliyevi başa düşmək, anlamaq üçün yaşadığımız dövr kifayət eləmir. Bu təkcə onun elmiliyi–alimliyi ilə bağlı deyil, bu həm də onun baxışına, yanaşmasına, dünya görüşünə görədir. Onun kimi baxmaq, yanaşmaq üçün ya gərək o zamana gedib çatasan, ya da onun kimi düşünə biləsən. Rafiq Əliyevin ucalığı da elə bundadır.
Rafiq Əliyev tanıyanların qəbul etdiyi, hamının görmək və yanında olmaq istədiyi insandır.
Dünyanın elm nəhənglərinin onun haqqında fikirlərini oxuduqca adam qürur hissi keçirir.
Etdiklərini dilə gətirməyə imkan verməyən − “Mən nə etmişəm ki, bəs onda Lütfi Zadə, Xudu Məmmədov kimdir?”, deyən − böyüklüyü sadəlikdə görən bu insana baxıb, insanlığa pərəstiş etməyə bilmirsən.
“Ziyalı hər zaman öz vicdanının səsini dinləyən insandır. Ziyalının vətəndaş mövqeyi olmalıdır. Əsl ziyalılardan məhrum millət ölümə məhkumdur. Ziyalı ölümündən sonra yaşayır. Ona görə də ziyalı ömrü, məmur ömründən uzundur. Nəfsinə hakim kəsilməyi bacaran, ən həssas yeri qürur olan ziyalı çox kövrək olur, amma kimsə düşünürsə ki, ziyalını əzə bilər, yanılır”, deyən, Rafiq Əliyev öz nümunəsiylə şəxsiyyət olmağın yolunu göstərir.
Rafiq Əliyev nurundan hamıya pay düşən bir ZİYALIdır.
Adamların tez tükəndiyi bu qarışıq dünyada, ağrılı cəmiyyətdə pozitiv olmaq çox çətindir. Hər şeydə yaxşını görmək istəyən Rafiq Əliyevlə bir məclisdə, tədbirdə olanda, aldığın müsbət enerjini cəmiyyətə daşıya bilirsən.
Azərbaycandan kənarda aldığı adlarda Azərbaycanın adının yazıldığını görəndə, Azərbaycan insanının uğurunu eşidəndə, qürur duyur. Onun ən ümdə istəyi elmi uğurlarının zirvəsini və doğma Qarabağda – elində, yurdunda qalan sevincini təzədən yaşamaqdır.
Böyük Alimi, böyük İnsanı, Azərbaycan sevdalı Vətəndaşı hamının sevimlisi edən də elə budur.
Lütfi Zadənin insanlığına, yaradıcılıq qabiliyyətinə, elmin dərinliyinə kimi gedə bilməsinə, həm şifahi, həm də yazılı formada özünü ifadə etməsinə heyrət etdiyi, heyran qaldığı Rafiq Əliyev alim olaraq alimliyə, insan olaraq insanlığa, dost olaraq dostluğa, vətəndaş olaraq vətəndaşlığa şərəf gətirir.
77 yaşınız mübarək, Böyük İnsan!
Rəfail Tağızadə
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar