Xəbər lenti
Cavid Qurbanov: "Sanki biz qatarda insanları yemək almağa məcbur edirik"
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqının aşağı salınması məsələsinə aydınlıq gətirib.
Manevr.az xəbər verir ki, C.Qurbanov trend-ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gediş haqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi:
“Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə başa düşülməsin ki, sanki biz insanları yemək almağa məcbur edirik. İndi kim istəyirsə, ödəniş edib yemək ala bilər. Ona görə də gediş haqqını 10 manata endirdik. Həm də həmin marşrut üzrə avtobuslarda gediş haqqının 10 manat təşkil etdiyini nəzərə alaraq, qiymətlər arasında çox fərq olmasını istəmədik”.
ASC sədri əlavə edib ki, qatarların sürəti də tədricən artıralacaq: “Dəmir yollarının kənarında təhlükəsizlik gücləndikcə sürət də artırılacaq”.
Qeyd edək ki, 2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürət qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.
Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürət qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.
Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar