Xəbər lenti
Gürcüstanın ali məktəblərinə qəbul olunanların sayı azalıb
Ötən il Gürcüstanda ali məktəblərə qəbul olunanların sayı 2017-ci illə müqayisədə xeyli azalıb.
Bu, ölkənin Təhsil Nazirliyinin hesabatında qeyd olunub.
Məlumata görə, 2017-ci ildə ölkənin tam orta məktəblərini 38 min 800 şagird bitirib. Onlardan 28 min 100-ü ali məktəblərə qəbul olub. 2018-ci ildə isə orta məktəbi bitirmiş 39 min 500 məzundan 27 min 900-ü tələbə adını qazanıb. Bu il isə ölkənin orta məktəblərinin 12-ci siniflərində 39 min 300 şagird qeydə alınıb.
Gürcüstan ali məktəblərə qəbul qaydalarına dəyişiklik etməyə hazırlaşır. 2010-ci ildən qüvvəyə minəcək dəyişikliyə əsasən orta məktəbləri bitirən məzunlar gürcü dili və ədəbiyyatı, eləcə də xarici dildən məcburi qaydada imtahan verəcəklər. Abituriyent üçüncü fənn üzrə imtahanı isə seçdiyi ali məktəbin tədris proqramına uyğun olaraq verəcək.
Hazırda qüvvədə olan qaydalara əsasən, abituriyentlər ali məktəbə qəbul zamanı dörd fəndən imtahan verir. (AZƏRTAC)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar