Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Bütün dilənçiləri tanıyan, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmid..." -Emil Rasimoğlu

Tarix: 28-01-2019 21:15     Baxış: 2329 A- / A+
"Bütün dilənçiləri tanıyan, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmid..."


Həə, əziz oxucu! Bir az vaxtını alıb "Nəsimi ili"ndə sənə

"Hamı iftar açır günah içində...
Al, xışla hamını, al, xışla, Allah!
Sənin sağlığına içmişəm, Allah...
Bağışla sən Allah, bağışla, Allah!”

-deyib Nəsiminin Allahının yox, Peyğəmbərin Allahının sağlığına içən, bu günə kimi də sağ qalıb qalmamasından xəbəri olmayan, öz qəbrinə qısılan Əlisəmid Kürdən danışacağam. Deyəsən, tanımadın axı... Kür Əlsəmidi deyirəm də, alnının qırışından taleyin suvarı keçən, el-obası qan-tər içində olan, bu şəhərdə bütün dilənçiləri tanıyan, qolları üstündə can verən, balabançı kor Əlisəmidin dostu Kür Əlisəmidi...

...Demək, yay aylarıdı...Günlərin bir günü özü ilə döyüşə-döyüşə ölümünə doğru gedən bu şərablar Tanrısı ilə bu şəhərdə qəfl rastlaşırıq. Üzündəki qırışlara salam verirəm...Nə başını ağrıdım...Stolu, stulu özümüzə tabe edib bir ağacın kölgəsinə bürünürük... Baxıram, qarşımdakı bu səhra adamına, tənhalıq aşiqinə...Yenə barmaqları saçlarında qaçışır, Allah boyda susqunluq ağuşunda dərin-dərin nəfəs alır... mənsə bu an eləcə Məmməd Arazı xatırlayıram; içində dünya müharibəsi, çölündə qurtula bilmədiyi sükut... Amma bir fərq var idi ki, onun sükutu təbiətin hökmü idi, önümdəki bu şərablar Tanrısının sükutu isə öz xarakterinin hökmü...

Qayıdıram, müşahidəmi davam etdirməyə... gözləri havaya dikilib, qarşısındakı çay dolu stəkan da "Sonrası, sonrası nə ola, ola..." - deyib, ürəyi yana-yana qurbanlıq quzu tək bir ovcuna sığınıb.

...və özümü daha da toplayıb, yolumu taleyindən salıram bu susan köynəkli çovğunun. Başlayıram sükuta güllə ata-ata, xəfif-xəfif, oğrun-oğrun addımlaya-addımlaya ad günü keçirməyən həbsxanaların, 2400 kilometirlik həsrətin, köhnə divar saatında kəfgirdə yellənən qızın yanından keçməyə...

Bircə onu görürəm ki, hər sual verdikcə suallarımın əlindən tutub, gözündən öpüb gedir lap ömrünün unutduğu fəsillərinə.

Uzaqlaşdıqca dabanı yeyilmiş çəkmələrinin boğuq, kədərli səsini eşidirəm...

Zaman keçir... çay üşüyür... Daha sual da vermirəm... El bil ömrü bu saat bitəcək, eləcə ara vermədən özü danışır.. Gah həyatdan, gah ömürdən... gah da şeirdən... gözləri qızarır, dodağı səyriyir, nəfəsi təngiyir... siqaretlərin naləsi ərşə qalxır... və birdən dediyi bir neçə cümlənin içindən bir söz çınqıl daş kimi gözümə düşür; "Bax, gör nə deyirəm, ay Emil.

Bilirsən, hazırkı çağımızda Salam Sarvan da şairdi, Ramiz Rövşən də, Rüstəm Behrudi də... Amma mən onları taleyimlə yemişəm, taleyimlə!"

Amam Tanrım!!! Qəfl gözlərim titrəyir..."Taleyimlə yemişəm"... - bu sözün enerjisindən özümü bir canavar dişində hiss edirəm bu taleyi canavar adamın qarşısında... Bəli, taleyi canavar adam!

...Əlisəmid Kür şəhər-şəhər, içki-içki, dilənçi-dilənçi, şeir-şeir, yalquzaq-yalquzaq azan səsində öz taleyinə təslim olmağı bacardı, öz taleyinə uduzmağı bacardı amma taleyi yenə qələbə çala bilmədi ki, bilmədi bu qəribə və bir az da qərib adamın.

...Həə, əziz oxucu ! Bilirsənmi, bu il həmin o ağrılar sevdalısının, şərablar Tanrısının, SÖZ səhrasının 65 illiyidir. Heç bəlkə özünün də xəbəri yoxdu.Çünki o dünyanın əqrəbləri itmiş saatıdır... Ehh, nə bilim e... Görsən, bircə deyərsən ki -niyə dəyişmədin Cəfərin oğlu?!.

Emil Rasimoğlu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar