Xəbər lenti
Gürcüstanda büstü qoyulan erməni cəlladın qandonduran vəhşilikləri - ŞƏKİLLƏR
Xəbər verildiyi kimi, yanvarın 20-də – 1990-cı il qanlı yanvar hadisələrinin 29-cu ildönümü günündə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen qəsəbəsində yerli bələdiyyə tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büst qoyulub. Məlumatlarda M.Avaqyanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak etdiyi qeyd olunub.
Bəs sözügedən şəxsə hansı “xidmətlərinə” görə Gürcüstanda büst ucaldılıb?
Manevr.az-ın xəbərinə görə, teleqraf.com bu məsələni araşdırıb.
Məlumata görə, M.Avaqyan Buqaşen qəsəbəsində dünyaya gəlib. Ermənistanın Razdan şəhərində 8 illik texniki məktəbdə təhsilini davam etdirib. Orduda qulluq edəndən sonra Sverdlovsk (Yekaterinburq) milis məktəbinə daxil olub. Daha sonra Abxaziyada daxili işlər orqanlarında işləməyə başlayıb. Bu çox mühüm məqamdır. Belə ki, bu məqam erməni terrorçularının bir-birləri ilə əlaqəni itirmədiklərini göstərir. Xüsusilə, SSRİ DİN və DTK sistemində işləyən ermənilər Abxaziyada öz azğınlığı ilə məşhur olan Baqramyan adına batalyonun əsasını təşkil ediblər.
Beləliklə, M.Avaqyanın Abxaziyadakı erməni dostları dinc Gürcüstan əhalisinə qarşı vəhşilik etmək “şərəf”inə nail oldular. Və bu gün Mixail Avaqyanın dostlarının və “silahdaşları”nın öz doğma evlərindən didərgin saldıqları, yaxınları öldürülən və işgəncələr verilən çoxlu sayda gürcü ailəsi doğma vətənlərinə qayıda bilmir. Belə bir məqamda Gürcüstan onları öldürən təqib edənlərin silahdaşına abidə ucaldır.
Abxaziyada işlədikdən sonra Mixail Avaqyan Ermənistanın Sarnaxbyur kəndinə köçür və orada da evlənir.
“Dağlıq Qarabağda müharibə başlayandan sonra Mixail Avaqyan Horadiz, Xocalı, Hadrut və Füzuli bölgələrindəki hərbi əməliyyatlarda iştirak edib və “Kobra” ləqəbi kimi tanınıb. Azərbaycan dilini bilməsi kəşfiyyatda ona kömək edirdi”, – deyə erməni mənbələri bildirirlər.
Diqqət çəkən fakt odur ki, M.Avaqyan Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakinin vəhşicəsinə öldürülməsi ilə nəticələnmiş qırğının törədiciləri – cəlladları sırasındadır.
Ancaq cəllad az sonra cəzasına yetişib. M.Avaqyan Horadiz körpüsü uğrunda döyüş zamanı snayper tərəfindən vurulub və xəstəxanaya aparılarkən yolda ölüb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar