Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

AMŞ-nin sədri, deputat Əflatun Amaşova açıq məktub: Tural Turan NİYƏ İNTİHARDAN DANIŞMALIDI?

Tarix: 23-01-2019 13:58     Baxış: 2383 A- / A+
AMŞ-nin sədri, deputat Əflatun Amaşova açıq məktub: Tural Turan NİYƏ İNTİHARDAN DANIŞMALIDI?


Salam, hörmətli Əflatun müəllim!

Bu məktubu mənə yazdıran ilk öncə içimin vicdan hissi, sonra isə mediada AYB-nin üzvü, şair-publisist, jurnalist Tural Turanın intihar dolu haqlı çıxışı vadar etdi. Qaldı ki, məktubu məhz niyə sizə ünvanlamağıma, ona görə sizə ünvanlayıram ki, adını çəkdiyim şəxs- Tural Turan sizin rəhbərlik etdiyiniz mətbuata ləyaqətlə, vicdanla xidmət edən, bu istiqamətdə yaşına rəğmən kifayət qədər əməyi olan, amma hələ də haqqını almayan şəxslərdəndir.

Bu gün müasir Azərbaycan jurnalistikasında nəsldaşları sırasında öz istedadı, operativliyi, qələminin özünəməxsusluğu, mütaliə bazası, peşəsini şərəflə daşıması ilə seçilən, eyni zamanda demək olar ki, bir qərinəyə yaxın ömür civarında jurnalistikada danılmaz bir böyük yol qət etmiş (Bəli, böyük yol. Çünki 29 illik ömrün 10 ilini jurnalistikada keçirmək böyük yol qət etməkdi) bir gənc jurnalist hələ də əməyi sayəsində ona veriləcək dəyərlərdən məhrumdu, hələ də ömrünü sabaha ümidlər içində yaşamağa məcbur edir. Amma peşəsinə qarşı dönük çıxmır. Bilirsizmi niyə? Çünki o şəxsiyyətdi, o xalqın dəyəridi, sərvətidi, ziyasıdı!

Axı, niyə Tural Turan kimi böyük potensialı olan bir jurnalist, bir gənc aydın bu gün intihardan danışmalıdı? Axı onu danışmağa niyə vadar etməliyik? Qoruya bilmərikmi? Axı ölkə rəhbərinin sərəncamı ilə bir neçə ildən bir mətbuat işçilərinə müxtəlif təltiflərlə bərabər mənzillər də verilir. Tural Turan o mənzillərdən birinə layiq deyilmi? Əlbəttə layiqdi! Buna onun haqqı çatır. Əgər siz də onun fəaliyyətinə xüsusi olaraq nəzər yetirsəniz layiq olduğunu, haqqı çatdığını təsdiqləyəcəksiniz.

Tural Turan bu günə kimi ölkənin bir sıra nüfuzlu informasiya orqanlarında - İctimai Tv, Region Tv, "ARB 24" Televizya kanallarında eləcə də APA, Axar.az, "Həftə içi"- Hafta.az-da fəaliyyət göstərib.

Fikirlərimi sabaha ümidlərimlə tamamlayıram. Ümid edirəm və inanıram ki, Tural Turana mənzil verilməsi ilə bağlı sizin xüsusi müsbət rəyiniz olacaq və ölkə rəhbərinin sərəncamı ilə jurnalistlərə veriləcək növbəti mənzillərdən birinə də Tural Turan layiq görüləcək!

Emil Rasimoğlu, şair,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar