Xəbər lenti
Zamirə Hacıyeva Azərbaycandan oğurladığı varidatını ingilislərə təhvil verir
Büdcəmizdən oğurlanan pulların geri qaytarılması mümkündürmü?
Böyük Britaniya hökuməti Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevaya var-dövlətin qeyri-məlum mənbəsi barədə iki order təqdim edib. Bu barədə report.az Britaniya KİV-inə istinadən xəbər verir. Lakin Z.Hacıyeva sərvətinin mənbəyini izah etməkdən yenə imtina edib. Yerli KİV-in yazdığına görə, Z.Hacıyeva maliyyə vəsaitlərinin mənbəsini açıqlamaqdan imtina etməyə davam edərsə, məhkəmə onun əmlakının, o cümlədən Londonun qərbində, Naytsbricdəki dəyəri 11,5 milyon funt sterlinq olan malikanənin və Askotdakı dəyəri 10,5 milyon funt sterlinq olan єəhərkənarı qolf klubun müsadirə edilməsi barədə hökm çıxara bilər.
Belə olan halda həmin əmlakların satışından əldə olunan gəlir Azərbaycana qaytarıla bilərmi?
İqtisadçı ekspert Əkrəm Həsənov deyir ki, Z.Hacıyeva istəsə belə həmin əmlakların əldə olunmasına xərclənmiє pulların mənbəyini açıqlaya bilməz. Зьnki həmin pullar biznesdən əldə olunan gəlir deyil: “Bu məsələdə heз kimin єьbhəsi yoxdur. Zamirə Hacıyeva əvvəlki kimi desə ki, pulları həyat yoldaşı ona verib, bu halda Cahangir Hacıyev həmin pulların mənbəyini açıqlamalıdır. Belədə də sual çıxacaq ki, Beynəlxalq Bankın rəhbəri olaraq o bu qədər pul qazana bilərdimi? Sualın cavabı da bəllidir, xeyr, qazana bilməzdi”.
Ə.Həsənov həmin pulların Azərbaycana qaytarılması üçün gərəkən addımları bir daha xatırladıb: “Beynəlxalq Bank işi üzrə ədalətli, dürüst məhkəmə aparılmalıdır. Bankdakı oğurlaqlarda əli olan hər kəs, bütün günahkarlaırn dairəsi müəyyən olunmalıdır. Heç kəs istintaqdan kənar qalmamalıdır. Bunu bir dəfə demiєəm ki, bankda rəhbər vəzifədə çalışmışam. 2007-ci ildə 7 min manat əmək haqqı almışam. Bu gün bir evdən baєqa heз nəyim yoxdur. Cahangir Hacıyev Beynəlxalq Bankda rəhbər olaraq məndən 2 dəfə artıq əmək haqqı alsaydı belə, yenə də bu cür pul xərcləyə bilməzdilər. Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda sağa-sola xərclədiyi pulları Azərbaycan dövləti geri qaytarmaq istəyirsə, İngiltərə məhkəməsinin tələb edəcəyi dəlilləri indidən hazırlamalıdır. Azərbaycanda bu iєi səviyyəli etməyi bacaran az sayda hьquqєьnas var. Cahangir Hacıyev təkbaşına bu qədər pulu ələ keзirə bilməzdi. O boyda pulun çıxarılmasında azı 200 nəfər iєtirak edib. Azərbaycan dövləti London məhkəməsinə müraciət etsə, bir-bir, sənədlərlə, sübutlarla isbat etməlidir ki, pullar oğurlanıb, oğurluqlara görə Cahangir Hacıyev başda olmaqla təqsirkarlar cəzalandırılıblar”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar