Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Taxtadan hazırlanmış ən böyük Quran İndoneziyadadır

Tarix: 08-01-2019 18:57     Baxış: 4225 A- / A+
Taxtadan hazırlanmış ən böyük Quran İndoneziyadadır



Dünyada Müqəddəs Qurani-Kərimin müxtəlif materiallardan hazırlanmış, gözəl bəzədilmiş və yetərincə sadə tərtib edilmiş çoxlu sayda böyüklü-kiçikli nüsxəsi var.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, taxtadan hazırlanmış ən böyük Quran İndoneziyanın Sumatra əyalətindəki Palembanq şəhərindədir.

Taxta Quranın hündürlüyü 1,77 metr, eni 1,40 metrdir. Müqəddəs kitabın bu nüsxəsinin yaradılması üzərində 43 yaşlı xəttat Şofvatilla Mohzaib çalışıb. Kitabı şəxsi ianələr, o cümlədən tanınmış mesenatların maddi yardımı sayəsində ərsəyə gətirən xəttat 30 cüzün (hissə) hamısını hazırlamaq üçün 9 il vaxt sərf edib. Kitab embusu [Fagraea Fragrans) ağacından hazırlanıb. Şofvatilla möhkəmliyinə görə məhz bu ağacı seçib. Sumatranın cənubunda embusudan ağac üzərində oyma işlərində və mebel hazırlanmasında istifadə olunur.

Xəttatın sözlərinə görə, taxta Quran yaratmaq ideyası Palembanq "Əl-Əkbər” məscidində xəttatlığı öyrənəndə yaranıb. Bu işə bir il sonra "Əl-Fatihə” surəsindən başlayıb. Əvvəlcə mətni karton üzərinə köçürüb. Mətnin dürüstlüyünü mütəxəssislərin yanında təsdiq etdirəndən sonra kalka vasitəsilə taxta üzərinə köçürüb. Müqəddəs kitabın bir səhifəsinə bir ay vaxt sərf edib. Taxta Quranın rəsmi təqdimatı 2011-ci ildə olub. İndoneziyanın o vaxtkı prezidenti Susilo Bambanq Yudoyono mərasimdə iştirak edib. Quranın bu nüsxəsi "Əl-Əkbər” ( Böyük) adlandırılıb.

Quran o qədər böyükdür ki, kitabı rahat nümayiş etdirmək üçün beşsəviyyəli konstruksiya quraşdırmaq lazım gəlib. Hazırda taxta Quran Palembanqdakı "Əl-İhsaniyyə Qandum” internat məktəbinin muzeyindədir.

Şofvatillanın sözlərinə görə, 2012-ci ildən bu muzey təqribən bir milyon qonaq qəbul edib. Taxta Quran indoneziyalılarla bərabər, Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Malayziya, Sinqapur, ABŞ və Kanadadan gəlmiş turistləri cəlb edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar