Xəbər lenti
Bakıda ayaqyolunun yanında ət kəsib satanlar ifşa edildi - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi müvafiq tələblərə və sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə reyd keçirib. Reyd zamanı xoşagəlməz görüntülər ortaya çıxıb.
Manevr.az-ın məlumatına görə, reyd zamanı məlum olub ki, sağlamlığına dair heç bir sənədi olmayan və bir neçə gün əvvəl kəsilmiş heyvanların qaralmış əti alıcılara satılır. Bəzi yerlərdə isə yol kənarında heyvan kəsildiyi üçün onun qanı məktəbin yaxınlığındakı piyada səkisinə axıdılır.
Reyd zamanı qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinə baxış keçirilib və bir sıra xoşagəlməz hallar aşkarlanıb. Obyekt sahibləri barəsində qanuna müvafiq tədbirlər görülüb.
Reyd zamanı qarşılaşdığımız digər bir mənzərə daha da ürəkbulandırıcı idi.
Amma reyd zamanı ət kəsimi ilə məşğul olan şəxslərin də müəyyən istəkləri olub. Onların əksəriyyəti mərkəzi kəsim yerlərinin sayının azlığından və ya ümumiyyətlə lazımi şəraitlərinin olmamasından narazılıqlarını bildiriblər.
Agentliyin mətbuat katibi Aysel Fərziyeva isə bildirib ki, hazırda qurum mərkəzləşdirilmiş kəsim yerlərinin sayının artırılması istiqamətində iş aparır.
Qida Təhlükəsizliyi Agentliyi ilkin mərhələdə ən çox qanunsuz ət kəsimi məntəqələrinin olduğu 3 rayonu müəyyən edib. Bunlar Binəqədi, Yasamal və Nizami rayonlarıdır. Reydlərə ilk olaraq Nizami rayonu ərazisindən başlanıb və 40-a yaxın qanunsuz ət kəsimi məntəqəsi yoxlanılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar