Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı Türkiyədən AVTOMOBİL QİYMƏTİNƏ İT ALIB

Tarix: 06-01-2019 13:16     Baxış: 4263 A- / A+
Azərbaycanlı Türkiyədən AVTOMOBİL QİYMƏTİNƏ İT ALIB

Türkiyənin Zonquldak vilayətində yetişdirilən Anadolu çoban itlərinin qiyməti çoxlarını məəttəl qoyur. 24 aylıq bu itin erkəyinin qiyməti bir yeni avtomobilin qiyməti ilə eynidir.

Virtualaz.org "Habertürk”ə istinadən bildirir ki, Zonquldak şəhərində yaşayan 40 yaşlı Emre Baykal uşaqlıqdan itlərlə böyüdüyünü deyir. Hazırda onun 14 iti var. İki ayağı üstə durduğu zaman insan boyunu keçən bu itlərə bütün Türkiyədə və onun hüdudlarından kənarda da böyük maraq var.
Mənbə əlavə edir ki, bu itlərin əsas qidasını ət və sıyıq təşkil edir.

"Əvvəlcə bir küçük aldıq. Nəsillərini artırmağa çalışırıq. Yaxın vaxtlarda birini Azərbaycana satdıq”, - Emre Baykal jurnalistlərə deyib.
Onun sözlərinə görə, küçüklərin qiyməti 3500-5000 türk lirəsi arasındadır. Daha yaşlı dişi Anadolu çoban iti 5000-15000 lirəyə satılır. Erkəklərinin qiyməti isə 15000 lirədən başlayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar