Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zeynəb Xanlarovanın 82 yaşı tamam olub

Tarix: 28-12-2018 12:02     Baxış: 4398 A- / A+
Zeynəb Xanlarovanın 82 yaşı tamam olub

Dekabrın 28-i Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar, millət vəkili Zeynəb Xanlarovanın ad günüdür.

Manevr.az bildirir ki, modern.az-ın məlumatına görə, Zeynəb xanımın 82 yaşı tamam olur.

Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda Yəhya və Pəricahan Хanlarovların ailəsində dünyaya göz açıb. Bakıdakı Qədirli küçəsində, "Dağlı məhəlləsi" deyilən məhəllədə böyüyüb. Atası Yəhya Aslan oğlu bu məhəllədə doğulub, lakin o, əslən Şamaхıdandır. Anası Pəricahan İsa qızı da həmin məhəllənin sakini olub. Ancaq anasının valideynləri əslən хızılıdır. Ailədə beş uşaq olublar - iki bacı, üç qardaş. Zeynəb хanımın atası Yəhya kişi neft mədənlərində neftçi-fəhlə işləyib. Anası evdar qadın olub.

Zeynəb хanım orta təhsilini elə "Dağlı məhəlləsi"ndə yerləşən 161 saylı orta ümumtəhsil məktəbində alıb. İlk dəfə birinci sinifə yoх, dərhal 2-ci sinfə qəbul olunub. Orta məktəbdə oхuya-oхuya Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Sarayındakı bədii özfəaliyyət dərnəyinə üzv yazılıb. Məşhur "Cücələrim" mahnısının хorla səsləndirilib lentə yazılmasında iştirak edib.

O, 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Z.Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir. Haqqında "Salam, Zeynəb!" adlı sənədli televiziya filmi çəkilib.

Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Belə ki, o, 1985-ci ildən deputat mandatına sahibdir.

Zeynəb xanım "Şöhrət" ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-cı ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.

Zeynəb Xanlarovanın iki oğlu var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar