Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Təhsil naziri: "9-cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq"

Tarix: 20-12-2018 11:11     Baxış: 4319 A- / A+
Təhsil naziri: "9-cu sinfi bitirənlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq"

Azərbaycanda 9-cu sinfi bitirən şagirdlərin peşə təhsilinə cəlb edilməsinə çalışırıq.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycanda insan kapitalı üzrə forumda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda işçi ehtiyatlarının əmək bacarıqları aşağıdır: "Bu, ölkə iqtisadiyyatı üçün problemlər yaradır. Məhz buna görə də ölkədə hazırda müasir texniki peşə təhsilinin qurulmasına bu qədər önəm verilir. Son bir neçə ildə peşə təhsili alanların sayı əhəmiyyətli dərəcədə artıb".

C.Bayramov bildirib ki, erkən uşaq təhsili təhsilin sonrakı pillələrində daha yüksək nəticələrin əldə edilməsinə imkan yaradır: "Biz bunu aydın olaraq beynəlxalq qiymətləndirmə tədqiqatlarında müşahidə edirik. Təhsil Nazirliyi olaraq iki təşəbbüsü həyata keçiririk. İlk növbədə, 5-6 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı və icma əsaslı məktəbəqədər qrupları yaradılıb. Hər iki təşəbbüsün icrasında mövcud təhsil infrastrukturundan istifadə edilib".

O əlavə edib ki, görülən tədbirlərin nəticəsi olaraq qısa müddətdə məktəbəhazırlıq təhsili ilə əhatə səviyyəsi 24 faizdən 75 faizə yüksəlib.

Təhsil naziri, həmçinin Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirəcəyini söyləyib. C.Bayramov əsas prioritetlərin kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri olacağını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar