Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Razim Məmmədovun SÖKÜNTÜ ALTINDA QALAN KARYERASI

Tarix: 15-12-2018 10:52     Baxış: 4223 A- / A+
Razim Məmmədovun SÖKÜNTÜ ALTINDA QALAN KARYERASI


Sabiq başçı əmisi oğlunun məhkəməsində sürprizlə üzləşə bilər; növbə hansı icra başçısınındır?
Bakı şəhər Xətai rayonunun icra başçısı Razim Məmmədov vəzifəsindən azad olunandan 1 gün sonra sabiq başçının əmisi, rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sabiq sədr müavini oğlu məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunan ittihama görə Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş. Razim Məmmədov 2006-cı ildə vəzifəyə təyinat alandan sonra Xətai rayonunu söküb-tikən MMC başçı kimi ad çıxarmışdı. Məlum olmuşdu ki, Razim Məmmədov həmin MMC-ləri bacısının ərinin adına rəsmiləşdirilib. Məsələn 2016-cı ildə Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın həyətində uşaq baxçası tikilib. Tikinti məhəlləni zəbt etdiyi üçün sakinlər şikayətçi olublar. Amma inşaatı dayandıra bilməmişdilər. Onların şikayətinə heç kim baxmayıb. 100 saylı Mənzil Kommunal İstismar Sahəsi də 6 saylı binada yerləşirdi. Uşaq baxçasının inşaatı ilə bağlı vurulan məlumat lövhəsində tikintinin sifarişçi və podratçısının “Samir Ağdülü” MMC olduğu qeyd olunub. Tikintinin 2017-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulsa da, bu baş verməyib. “Samir Ağdülü” Xətai rayonunda baxça tikintisi ilə yanaşı bir çox başqa tenderlərə sahiblənib.

Razim Məmmədovun SÖKÜNTÜ ALTINDA QALAN KARYERASI


2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişlərindən biri - çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərinin də məhz həmin MMC satın alıb. Tenderin məbləği 1 milyon 941 min 500 manat olub. Həmin il MMC İcra Hakimiyyətinin Mənzil Fondunun əsaslı təmir işləri müsabiqəsindən 246 min 998 manat qazanıb.

Tender məlumatlarını incələdikdə məlum olur ki, şirkət son illərdə rayon ərazisində çoxsaylı dövlət tenderlərinə sahiblənib. Hələ 2011-ci ildə MMC İcra Hakimiyyətindən 1 milyon 990 min 780 manatlıq təmir-bərpa işlərini və 49 min 895 manatlıq isə köhnə binanın söküntü işlərini qazanıb.

Bundan əlavə, 2013-cü ildə Xətai rayonu, Nobel prospekti 12 və Cavanşir küçəsi 38 ünvanlarındakı yaşayış binalarının sökülməsi üçün cəmi 596 164 manat olan iki satınalmanı da bu MMC əldə edib. Beləliklə də cəmi 4 milyon 825 min 627 manat.

Ötən il mətbuat bu məsələni aradırmışdı və MMC-nin icra başçısı Razim Məmmədovun ünvanında qeydiyyatda olmasını üzə çıxarmışdı. Xətai rayonunu az qala qarış-qarış söküb-tikən “Samir Ağdülü” MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda “Azərkimya”nın zavodlarından birində işləyir, sahibkar deyil. Müəsisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır.

Razim Məmmədovun SÖKÜNTÜ ALTINDA QALAN KARYERASI


“Samir Ağdülü” MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur.

Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerasına son qoyması da şübhəsizdir. Onun işdən çıxaırlmasından 1 gün sonra əmisi oğlunun məhkəmə qarşısına çıxarılmasını da təsadüfi hesab etmək olmaz.

Razim Məmmədovun əmisi oğlunun cinayət işi üzrə şahid qismində dindiriləcəyi haqda da xəbərlər var. Mümkündür ki, sabiq başçı aşkar korrupsiya cinayətlərinə görə istintaqa cəlb olunsun.

Sonda onu da qeyd edək ki, hazırda Bakının bir neçə rayonunda da tikinti-söküntü işləri davam etdirilir. Bu sırada Nəsimi, Yasamal, Nərimanov rayonlarının adlarını qeyd etmək olar.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar