Xəbər lenti
XƏZƏL ZİBİL DEYİL - mütəxəssis fikri
Payızın gəlişiylə yaşıllığını itirən, xəzəl olan yarpaqların ağacların ətrafından, dibindən yığılaraq, kənarlaşdırıldığını bilirik.
Bu halın ağaclara faydalı və ya zərərli tərəfləri haqqında mütəxəssis fikrini bilmək hər birimiz üçün maraqlı olar.
Nazilə Gültac
***
Payzda ağaclar libasını dəyişir. Yaşıl yarpaqları müxtəlif rənglərə boyanır. Parklar, bağçalar rəngarəng yarpaqlarla bəzənir.
Ağac dibinə düşən əlvan yarpaqlar, estetik və xoş bir görüntüyə səbəb olur.
Yerə saralmış yarpaqların tökülməsi adi hal deyil. Yarpağın tökülməsi hər yarpağın saplağı ilə budaq arasında baş verən kompleks proseslərin nəticəsidir..
Havaların soyumasi, günəş şüalarının azamasıyla ağaclar özlərini qorumaq üçün yarpaqlardakı qida maddələrini öz gövdəsinə çəkir.Xəstələnmiş, yəni rəngini dəyişmiş yarpağı özündən uzaqlaşdırır. Bu hadisə ağacın mineral maddələrinin boş yerə getməməsi, ağaca mikrob düşməməsinə səbəb olur.
Yarpaqları ağacların, kolların dibinə yığaraq, üzərinə bir az torpaq səpib onların çürümə prosesini sürətləndirməklə humusla zənginləşdirə, bitkilər üçün təbii gübrə əldə edə bilərsiniz.
Tökülən yarpaqlar torpağın üzərini örtür və bununla ağac öz köklərini donmaqdan qoruyur.
Tökülən yarpaqlar həm təbii gübrə kimi faydalı olmaqla bərabər, həm də torpağın sututma qabiliyyətinin artmasına səbəb olur. Bu da minlərlə canlı orqanizmin yaşamasına köməklikdir. Beləliklə, ekosistemin tarazlığı qorunur.
Xəzəl zibil deyil. Onu süpürüb ağaclardan kənara atmayın. Bitki və ağacların dibini xəzəllə doldurub təbii izolyasiya yaradaraq, onların kökünün donmaqdan və qurumaqdan qorunmasında yardımçı ola bilərsiniz.
İslam Kazımoğlu,
orman mühəndisi
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar