Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İndoneziyalı tədqiqatçı Aİİ-də dərslərdə və seminarlarda iştirak edəcək

Tarix: 01-12-2018 21:07     Baxış: 3323 A- / A+
İndoneziyalı tədqiqatçı Aİİ-də dərslərdə və seminarlarda iştirak edəcək


İndoneziya Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani və Dərüssəlam İslami Təhsil İnstitutunun məzunu Sultan Zəkəriyyə Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.

Manevr.az-ın verdiyi xəbərə görə, Aİİ rektoru qonaqları İnstitutda görməkdən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə edib. Rektor C.Məmmədov Azərbaycanda yüksək dini-mənəvi mühitin mövcud olduğunu, dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kursu uğurla davam etdirdiyini diqqətə çatdırıb. Rektor Aİİ haqqında ümumi məlumat verərək, İnstitutun beynəlxalq əlaqələrin qurulmasına və dünyanın qabaqcıl universitetləti ilə əməkdaşlıqların qurulmasına önəm verdiyini bildirib.

İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fanani Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və hədəflərini yüksək qiymətləndirdiyini ifadə edib. İndoneziya haqqında məlumat verən səfir ölkənin bir çox bölgəsində mövcud olan ali dini təhsil müəssisələri haqqında danışıb. Vurğulanıb ki, dini təhsil sahəsində İndoneziya və Azərbaycanın birgə əməkdaşlığı hər iki ölkə üçün faydalı olardı.

İndoneziyalı alim-tədqiqatçı Sultan Zəkəriyyə öz növbəsində, müqayisəli dinlər tarixi sahəsində İnstitutdakı tədrislə maraqlandığını və Aİİ-də dərslərin bu sahədə dünyamiqyaslı mütəxəssislər tərəfindən tədris edildiyindən razılıq hissi keçirdiyini qeyd edib.

Görüşdə indoneziyalı tədqiqatçı S.Zəkəriyyənin öz sahəsində təcrübəsini mükəmməlləşdirmək məqsədi ilə Aİİ-də dərslərdə və seminarlarda iştirakı, eyni zamanda, İndoneziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Hüsnan Bəy Fananinin “Səfir saat”ı çərçivəsində ali təhsil müəssisəsinin tələbələri ilə görüşünün təşkili qərara alınıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar