Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə həsr olunmuş seminar keçirilib

Tarix: 28-11-2018 18:56     Baxış: 3360 A- / A+
Aİİ-də Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq  Gününə həsr olunmuş seminar keçirilib


Manevr.az-ın verdiyi xəbərə görə, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə həsr olunmuş seminar keçirilib.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, zəngin
dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanması məqsədilə Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi “dəyirmi masa”lar, seminarlar, treninqlər və görüşlərin xüsusi əhəmiyyəti vardır. İ.Əlimuradov keçirilən tədbirin əhəmiyyətini qeyd edərək, qadınlara qarşı zorakılığın dünyanın bir sıra ölkələrində müşahidə olunduğunu bildirib. Vurğulanıb ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı cəmiyyətimiz tərəfindən həmişə mənfi qarşılanır.

Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Gününə dair geniş məruzə ilə çıxış edib. O vurğulayıb ki, hazırda bütün dünyada hər üç qadından biri həyatı boyu fiziki və ya cinsi zorakılığa məruz qalır. Hər il dünyada 1200-ə yaxın qadın partnyorları və qohumları tərəfindən öldürülür, 2 milyon qadın yaralanır, 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün müxtəlif təzyiqlərlə üzləşir. 750 milyon qız 18 yaşına çatmamış erkən nikaha girməyə məcbur edilir. Qadın və qızların 71 faizi insan alverinin qurbanına çevrilir. Bütün bunlar göstərir ki, zorakılıq nə coğrafi sərhəd, nə də yaş həddi tanıyır. A.Qənbərov qeyd edib ki, bunları nəzərə alaraq, 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabrı rəsmi olaraq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günü elan edib.

Məruzəçi qadın zorakılığına qarşı mübarizə metodlarından da bəhs edib: “Bu fəaliyyətə ictimaiyyət nümayəndələri cəlb olunmalı, qadınlara qarşı zorakılıqla mübarizə ictimai xarakter almalı, bütün cəmiyyət bu mövzuda maarifləndirilməli və bu həssas problemə qarşı münasibətdə gənclər xüsusi təlimatlandırılmalıdır”.
O qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən biridir. Vurğulanıb ki, cəmiyyətimizin ictimai həyatında qadının mövqeyi uzun mərhələ keçərək formalaşıb və inkişaf edib. Bu inkişaf heç də asan əldə olunmayıb, qadınlar özlərini təsdiq etmək üçün bir sıra çətinlikləri aradan qaldırmaq uğrunda mübarizə aparıblar.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Aİİ-də Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq  Gününə həsr olunmuş seminar keçirilib
Aİİ-də Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq  Gününə həsr olunmuş seminar keçirilib

Aİİ-də Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq  Gününə həsr olunmuş seminar keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar