Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Etibar Əliyev: "Dünyanın heç bir ölkəsində universitetlə belə məzələnmirlər"

Tarix: 23-11-2018 15:50     Baxış: 2725 A- / A+
Etibar Əliyev: "Dünyanın heç bir ölkəsində universitetlə belə məzələnmirlər"


"Saxla samanı, gələr zamanı...Rektorların, vəzifəli şəxslərin universitetlərdə kafedra müdiri vəzifələrini tutmağı dəb halını alıb"
Manevr.az xəbər verir ki, bu sözlər təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin qeydlərindəndir. E. Əliyev daha sonra fikrini belə davam etdirir:

"Yazırlar ki, Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edildikdən sonra universitetə gedib-gəlir. O, “Üzvi kimya” kafedrasının müdiri vəzifəsində qalır. Abel müəllimin yaxşı kimyaçı olmasını deyənlər var. Əslində rektorların, vəzifəli şəxslərin universitetlərdə kafedra müdiri vəzifələrini tutmağı dəb halını alıb. Abel müəllimdən 7 il qabaq (1992-cü ildə)Tibb universitetinə rektor təyin olunmuş Əhliman Əmiraslanov da özünü “Onkologiya” kafedrasına müdir təyin etmişdi. Yəqin ki, o da ora gedib - gəlir. Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov BDU-nun Biologiya fakültəsində “Torpaqşünaslıq” kafedrasının müdiridir. O, da ora gedib - gəlir. Misir Mərdanov Təhsil naziri təyin olunandan indiyə qədər BDU-da “Ümumi riyaziyyat” kafedrasının müdiridir. İşi yaman ağırdır. Həm Riyaziyyat və Mexanika İnstitutuna, həm də BDU-ya gedib- gəlir. Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru olanda özünü “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasına müdir təyin etmişdi. Bax, Hacıyevin ora gedib–gəlməsindən xəbərsizəm. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bakı Dövlət Universitetində “Ümumi fizika ” kafedrasının müdiridir. Qulaqlara qurğuşun, nə zamanasa MSK sədrliyindən getsə, o da BDU-ya gəlib - gedəcək.
Dünyanın heç bir ölkəsində universitetlə belə məzələnmirlər.

P.S. Gedib - gəlirlər, gəlib - gedirlər... Nə vaxtacan! Allah bilir. Sonra da deyirlər ki, Universitetlərdə cavan kafedra müdirləri yoxdur."

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar