Xəbər lenti
Yeni nəsil “Wi-Fi 6” simsiz rabitə təqdim olunub
"Wi-Fi Alliance" təşkilatı "Wi-Fi 6" adını alacaq yeni simsiz rabitəni təqdim edib.
İndiyədək "Wi-Fi" texnologiyasının müxtəlif standartları "802.11n" və "802.11ac" kimi adlarla qeyd edilirdi. Lakin adi istehlakçılar üçün belə sxem əlverişli deyil, çünki bu, dolaşıqlığa səbəb ola bilər. Buna görə də "Wi-Fi" texnologiyasının müxtəlif standartlarının adlarının sadələşdirilməsi haqqında qərar qəbul edilib. Artıq "802.11n" texnologiyası "Wi-Fi 4", "802.11ac" texnologiyası "Wi-Fi 5", "802.11ax" texnologiyası isə "Wi-Fi 6" adlandırılacaq.
AZƏRTAC 3dnews.ru saytına istinadla xəbər verir ki, "802.11ac" ilə müqayisədə 30 faiz daha yüksək rabitə sürəti təklif edən "802.11ax" standartı 2019-cu ildə təsdiq ediləcək. O, yüklənmiş efir şəraitində simsiz şəbəkənin işinin effektivliyini yaxşılaşdırmağa və "802.11ac Wave-2" standartı ilə müqayisədə keçirmə qabiliyyətini iki dəfə artırmağa imkan verəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar