Xəbər lenti
Məhkəmənin qərarı ölkə başçısının sərəncam və göstərişlərinə ziddir - MƏCBURİ KÖÇKÜN ÇÖLƏ ATILIR
“Prezident İlham Əliyevin göstərişi, şəxsi diqqəti və qayğısı sayəsində məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar son illər daha böyük vüsət alıb. Yataqxanalarda, yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlər üçün müasir yaşayış binaları tikilir, yeni şəhərciklər salınır.İndiyədək yüz minlərlə məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi, onların həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin bu təbəqədən olan vətəndaşların problemlərinə həssas münasibəti, xüsusi diqqəti və qayğısı sayəsində mümkün olub. Təəssüf ki, ölkə başçısının bu humanist addımalarına zidd hərəkət edən məmurlar da var”.
Manevr.az xəbər verir ki, Yevlax rayonunun Tanrıqulular kəndində məskunlaşmış kəlbəcərli məcburi köçkün, şəhid ailəsi Ələkbər Ələsgərov Koordinat.az-a ünvanladığı müraciətində belə yazıb. O, 25 ildən artıqdır yaşadıqları köhnə tikiliyə - evə gediş-gəliş yolunun bağlanmasından, faktiki olaraq ailəsinin çölə atılmasından şikayətlənir. Dediyinə görə, nə məhkəmə orqanları, nə Ədliyyə Nazirliyinin Yevlax Rayon İcra və Probasiya şöbəsi, nə də bu qurumların qanunsuz və özbaşına qərarlarından şikayət etdiyi Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi çarəsiz və köməksiz vəziyyətdə qalan ailəyə yardım əli uzatmır. Əksinə, Ədliyyə Nazirliyinin Yevlax Rayon İcra və Probasiya şöbəsi Kəlbəcərdən olan məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı tikiliyə gediş-gəliş yolunu bağlanması barədə onlara rəsmi xəbərdarlıq edib. Necə deyərlər, artıq bıçaq sümüyə dirənib və Ələsgərovlar ailəsi müvəqqəti sığınacaqdan da çıxarılır.
Ələkbər Ələsgərov müraciətində yazır: “1993-cü ildən məcburi köçkün kimi Yevlax rayonunun Tanrıqulular kəndində köhnə idarə binasına məskunlaşmışıq. Amma dörd ildir ki, məcburi köçkün kimi sığınacaq tapdığımız köhnə binada da rahat yaşamağa imkan vermirlər. 2014-cü ildə bizi Yevlax rayon Məhkəməsinə çağırdılar ki, məskunlaşdığımız ərazini Fəridə Nağıyeva adlı qadın alıb və buranı boşaltmalıyıq. Mən onlara məcburi köçkünlərin mənzillə təmin olunmadan məskunlaşdıqları ərazidən çıxarılmasının yolverilməz olduğuna dair Prezidentin və Nazirlər Kabinetinin müvafiq qərarlarını xatırlatdım. Amma şəhid ailəsi, özümün isə əlil olmağıma baxmayaraq məhkəmə bizim əleyhimizə qərar çıxardı".
Bundan sonra Ələsgərovlar ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Ədliyyə Nazirliyinə və Yevlax rayon Məhkəməsinə bir necə dəfə rəsmi məktubla müraciət edərək bu qərarın Prezidentin və Nazirlər Kabinetinin göstəriş və sərəncamlarına zidd olduğunu, aidiyyəti dövlət orqanlarından kömək istəyib. Lakin məcburi köçkün ailəsinin bu müraciətlərinə də lazımi qaydada baxılmayıb: "Rəsmi orqanlara müraciətlərdən sonra ailəmizə qarşı mənəvi təzyiqlər başladı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəmizin məskunlaşdığı ərazidən çıxarılmasına dair məhkəmə qərarının icrasının dayandırılması barədə cavabdeh qurumlara rəsmi məktub göndərsə də, torpaq sahəsini öz adına sənədləşdirmiş Fəridə Nağıyeva iddiasından əl çəkmir".
Ələkbər Ələsgərov bildirib ki, bir neçə gün bundan əvvəl Ədliyyə Nazirliyinin Yevlax Rayon İcra və Probasiya şöbəsindən onlara xəbərdarlıq məktubu göndərilib. Kiçik ədliyyə müşaviri Rəşad Əliyevin imzası ilə daxil olan məktubda məcburi köçkün ailəsinin məskunlaşdığı ərazidən çıxmas tələb olunur. Əks təqdirdə icra tədbiri məcburi qaydada həyata keçiriləcək.
Xatırladaq ki, Yevlax Rayon Məhkəməsinin çıxardığı qərarı Şəki Apellyasiya Məhkəməsi də 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlayıb. Halbuki hər iki qətnamə ölkə başçısının sərəncam və göstərişlərinə, Nazirlər Kabinetinin bir neçə qərarına, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi qaydalarına ziddir. Belə ki, Nazirlər Kabinetinin 1999-cu il 14 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması haqqında” qaydanın 4-cü maddəsində “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezidentin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1998-ci illərdə məcburi köçkünlərin yaşadıqları mənzildən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərlə əlaqədar təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılıb.
1993-cü ildə Kəlbəcərin işğalı zamanı 7 nəfərlik ailə üzvləri ilə birlikdə Başlıbel kəndində 4 ay mühasirədə qalmış Ələkbər Ələsgərovun 91 yaşlı atası Ələsgər Ələsgərovun atası hələ də itkin sayılır. Ailənin 6 üzvü isə 1993-cü ildə mühasirədən çıxdıqdan sonra məcburi köçkün kimi Yevlax rayonunun Tanrıqulular kəndində köhnə idarə binasına məskunlaşıb.
Şikayətçi bildirib ki, məsələdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də xəbərdardırlar. Ancaq hələ də nə məhkəmə qərarının icrasının dayandırılması, nə də məcburi köçkün ailəsini başqa yerdə mənzillə təmin etmək üçün lazımi addımlar atılmayıb: “Bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mərkəzi aparatına dəfələrlə müraciət etmişik. Komitənin Akif adlı nümayəndəsi bizim müraciətimizdən sonra vəziyyətlə yerindəcə tanış olmaq məqəsdilə məskunlaşdığımız ünvana baxış keçirib. Akif müəllim ağır şəraitdə yaşadığımızı, məhkəmənin bizə qarşı haqısz qərar çıxardığını söylədi və söz verdi ki, Bakıya qayıdan kimi Dövlət Komitəsinin sədri Rövşən Rzayevə məruzə edəcək və problemin tezliklə həll olunmasına çalışacaq. Ancaq aradan xeyli müddət keçsə də, problemin həlli istiqamətində ciddi addımlar atılmayıb. Ədliyyə Nazirliyinin Yevlax Rayon İcra və Probasiya şöbəsindən isə hər gün bizə xəbərdarlıq edilir ki, məskunlaşdığınız ərazidən çıxmalıyıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar