Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

ADPU nəzdində Pedaqoji Kollecə I yerin mükafatı təqdim edildi - FOTOLAR

Tarix: 29-10-2018 22:58     Baxış: 2635 A- / A+
ADPU nəzdində Pedaqoji Kollecə I yerin mükafatı təqdim edildi


Qulu Novruzov: “Cəmiyyətə yararlılıq” sorğusu bizdən ötrü bir sınaq, islahatlarımıza adekvat münasibətin göstəricisi oldu”

Mektebgushesi.az internet portalının əməkdaşları ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin kollektivinin görüşünə təhsil üzrə tanınmış ekspertlər – fizika elmləri doktoru, professor Şahlar Əsgərov və uzun müddət təhsil sahəsində mötəbər vəzifələr tutmuş Nadir İsrafilov da qatılmışdılar. Görüşdən məqsəd bu qocaman təhsil ocağı ilə tanışlıq və onların “hansı kollecin fəaliyyəti cəmiyyətimiz üçün yararlıdır” nominasiyası üzrə qazandıqları I yerin mükafatını kollektivə təqdim etmək idi.

Yeri gəlmişkən, bu təhsil ocağı ilə tanışlığımız zamanı bəlli oldu ki, ölkənin ən böyük kolleci və qocaman təhsil ocaqlarından biri olan ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji kollecinin tədris binası çox yüksək zövqlə təmir olunub. Kollecin dəhlizlərində əksər fikir, düşüncə adamlarının onilləri, əsrləri adlayan ibrətamiz kəlamları, elm və təhsillə ilgili mülahizələri yüksək zövqlə divar boyu sərgilənib. Buranı dolaşdıqca insan həqiqətən bir təhsil müəssisəsini ziyarət etdiyinin fərqində olmaya bilmir. Əvvəlcə tələbələrdən bütün bu gördüklərimizin təhsilin keyfiyyətində özünü necə göstərdiyini xəbər aldıq. Onlar kollecdə təhsilin yeniləşməsindən razı qaldıqlarını, aparılan islahatlar nəticəsində məzunların yerlərdə üz ağardacağını bildirdilər. Dediklərinə görə islahatlarsa təkcə tələbələrin dərsə yanaşmasını deyil, eyni zamanda pedaqoji kollektivin dərs öyrətmə metoduna da öz təsirini göstərib və onlar indi tamamilə yeni üslubda öz işlərini həyata keçirirlər.

Mükafatın təqdimat mərasimi kollecin akt zalında baş tutdu. Tədbiri açıq elan edən kollecin direktoru, Qulu Novruzov bütün kontingenti bu qələbə münasibətilə təbrik etdikdən sonra portalın keçirdiyi sorğuda rəhbərlik etdiyi kollektivin iştirakçılığına xüsusi toxundu. Onu da bildirdi ki, sorğu yarışına qatılmaq onlardan ötrü bir sınaq, imtahan xarakteri daşıyıb: “Biz sorğunun keçirildiyi ilk günlərdə iştirakçılıqda o qədər də mütəşəkkil olmamışıq. Hətta başqalarından gec xəbər tutmuşuq sorğudan. Amma bu sorğu bizim, özəlliklə bir direktor kimi mənim əlimdə bir fürsətə çevrildi. Belə ki, mən əsl münasibətin qiymətləndirilməsini istədim. Həm kollektivimizin, həm tələbələrimizin, həm məzunlarımız və onların valideynlərinin, ümumən Azərbaycan vətəndaşlarının bizə verəcəyi səslər məndən ötrü apardığımız islahatlara necə dəyər verilməsini ortaya çıxarmaq üçün adekvat münasibət, əvəzsiz bir vasitə idi. Üstəlik burada məcburiyyət elementi də mümkünsüz idi. Çünki heç kimi ürəyinin istəyinin əleyhinə səs verməyə yönəltmək mümkün deyildi. Hətta məcbur etsəydin belə, onlar istəməsəydilər öz şəxsi İP-lərindən bizə səs verməz, əksinə rəqiblərimizin xeyrinə respondentlik edə bilərdilər”. Q.Novruzov onu da bildirdi ki, ölkə rəhbərliyinin təhsillə bağlı apardığı ardıcıl, məqsədyönlü siyasətin bir vintciyi olaraq onlar pedaqoji kollecdə islahatları kulminasiya nöqtəsinə qədər aparmaqda israrlıdırlar.

Sonra çıxış edən Mektebgushesi.az saytının təsisçisi və baş redaktoru Məzahir Məmmədli portalın indiyədək keçirdiyi sorğular içərisində məhz “hansı kolleclərin fəaliyyəti cəmiyyətimiz üçün yararlıdır” nominasiyasının keçirilməsi zamanı bir çox gərginliklərin yaşanmasından söz açdı: “Biz həmişəki kimi, bütün adıkeçən iştirakçı kollecləri məlumatlandırıb sorğumuza başladıq. Lakin 28-29 sentyabr 2018-ci il tarixlərində gözləmədiyimiz tərzdə əvvəlcə saytımıza müdaxilələr olunduğunu, sonra isə saytın çökdürülərək səslərin qəbul olunmadığını gördük. Bu, əslində kiber cinayət sayılır. Təəssüf ki, kolleclərdən biri bu üsula əl atmışdı. Bizi narahat edənsə obyektivliyimizə gölgə salınması istəyinə canatmalar və ən başlıcası təhsil müəssisələrində bədbinlik yaratmaq kimi neqativ amillərin ayaq tutub yeriyə biləcəyi qorxusu idi. Lakin tezliklə bunu törədənlər ifşa olundu və onları sorğudan uzaqlaşdırmaqla yenidən öz nəcib niyyətimizə gedən yolu bərpa edə bildik. Baxmayaraq ki, hələ də saytımızın 8 aylıq arxivi “girovluqdadır”, biz gördüyünüz kimi, halal səslərlə öz sorğumuzu başa vura bildik”.

M.Məmmədli həmçinin sorğuda bütün müdaxilələrə baxmayaraq, cəmi 8526 respondentin iştirak etdiyini, onlardan 4413 iştirakçının (53 %) ADPU nəzdində pedaqoji kollecə səs verdiyini söyləyərək kollektivi bu böyük uğur münasibətilə təbrik etdi.

Təhsil üzrə ekspert, Fizika elmləri doktoru, professor Şahlar Əsgərov
kollecin kollektivini təbrik etdikdən sonra Azərbaycan təhsilinin müxtəlif dövrləri arasında paralellər apararaq inqilabaqədərki dövrdə təhsilimizdə heç bir rüşvət əlamətinin olmadığını, SSRİ dönəmində isə müxtəlif təsirlər altında təhsilin gerçək mahiyyətini başa düşüb onun məsuliyyətini daşıyanların 10 %-ə düşdüyünü, yerdə qalanlarınsa təhsilə bir obyekt kimi yanaşdığını dilə gətirdi. İndiki dönəmdə isə təhsilin dəyərlərə əsaslandığını söyləyən ekspert hazırkı təhsili də məhz bu kollecin hazırkı kollektivi kimi islahatçı təəssübkeşlərin qoruyacağını söyləyərək kollektivə uğurlar arzuladı.

Təhsil üzrə digər ekspert Nadir İsrafilov öz çıxışında təhsildə dövlətin hazırkı siyasətinin konturlarını ön plana çəkərək müvafiq normativ aktların yaratdığı imkanlardan danışdı. Bir çox qanun və qərarların hələ ilkin müzakirələrində iştirakçı olan ekspert təhsilin pillələri, kolleclərin yararlılığı kimi bizim respondensiyaya daxil edilmiş məsələlərin də müzakirələrə açıldığını xatırlatdı. Onu da söylədi ki, hazırda qəbul edilmiş çoxpilləli təhsilin ilkin pilləsi kolleclərdir. İndi kollecləri yüksək qiymətlərlə başa vuranların ali təhsil ocaqlarına müsabiqədənkənar qəbulu da müzakirə mövzusudur və bütün tələbələr bundan faydalana bilərlər. Sonra o, 100 ilə yaxın iş təcrübəsi olan kolleci bu qələbə münasibətilə təbrik etdi.

Kollecin kollektivini təbrik edən Mektebgushesi.az internet portalının baş redaktor müavini, sorğunun gedişatına bilavasitə nəzarət etmiş Nəzirməmməd Zöhrablı sorğu boyu baş verən müsbət və mənfi meyllərə toxunduqdan sonra bildirdi ki, əsas nəticədir və ondan da əsası sorğunun sualının əsl cavabına sahib olaraq yararlılığı sübuta yetirməkdir: “Sorğu başa çatdı, nəticə qaldı, yararlılıq qaldı. Bizim məqsədimiz ölkə təhsilinin inkişafına hər hansı vasitə ilə təkan verməkdi. Sorğularımızsa bu nəcib niyyətlərimizi stimullaşdırmaq xarakteri daşıyır. Ona görə də sizləri, bütün qalibləri təbrik edib, sizlərə yeni-yeni uğurlar diləyirik”.

Təqdimat mərasiminin sonunda professor Şahlar Əsgərov I yerin mükafatını kollecin direktoru Qulu Novruzova təqdim etdi.

Manevr.az

ADPU nəzdində Pedaqoji Kollecə I yerin mükafatı təqdim edildi
ADPU nəzdində Pedaqoji Kollecə I yerin mükafatı təqdim edildi
ADPU nəzdində Pedaqoji Kollecə I yerin mükafatı təqdim edildi
ADPU nəzdində Pedaqoji Kollecə I yerin mükafatı təqdim edildi

ADPU nəzdində Pedaqoji Kollecə I yerin mükafatı təqdim edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar