Xəbər lenti
ÜÇ MİLYONLUQ YEYİNTİ – 750 nəfərin həbs olunması ilə yekunlaşan cinayət işi
1980-ci ilin əvvəllərində Moskvanın ərzaq mağazalarının piştaxtaları aylarla boş qaldığı bir vaxtda şəhərin Qorki küçəsində yerləşən, “Yeliseyev” adı ilə məşhur olan 1 nömrəli qastronoma hər gün bir neçə dəfə daşınan ərzaq məhsullarını boşaltmaq üçün mağazaya əlavə fəhlələr tələb olunub. Digər qastronomlarda satıcıların “milçək qovduğu” bir vaxtda “Yeliseyev”in satıcıları gərgin işdən şikayətləniblər.
Bu qastronoma təkcə paytaxt sakinləri deyil, xaricdən və SSRİ-nin digər müttəfiq respublikalarından gələnlər də üz tutublar.
Qeyd edək, “Yeliseyev” o dövr üçün SSRİ-də tətbiq olunmayan yüksək dizaynla təmir olunub.
“Yelisyev”in xüsusi müştəriləri də olub. Ölkə və Moskva şəhər rəhbərliyinin yüksəkçinliləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələri, generallar üçün qastronomda xüsusi xidmət göstərilib, onlar sıravi müştərlərdən fərqli olaraq öz alış-verişlərini arxa qapıdan ediblər. Hörmət əlaməti olaraq bir fincan təbii qəhvəyə qonaq olan tanınmışlar istənilən defisit malı məhz bu mağazadan əldə edə biliblər.
Bununla yanaşı, qastronomun “xüsusi çatdırılma xidməti”də fəaliyyət göstərib. Təbii ki, bu xidmətdən yalnız birincilər yararlanıblar. Mövcud dövr üçün əlçatmaz sayılan qara kürü, hisə verilmiş kolbasa məmulatları, zövqə uyğun içkilər, bahalı siqaretlər, dünyanın ən tanınmış şirniyyat istehsalçılarının çoxçeşidli məhsullar və s. vaxtlı-vaxtında öz sahiblərinə çatdırılıb. Üstəlik, bu defisit bağlamaların üzərində içində müəyyən məbləğlər olan, hərənin tutduğu vəzifəyə uyğun zərflər də qoyulub.
Bütün bunlar haqqında Kreml məmurları da xəbərdar olublar. Amma müvəqqəti olaraq “sükut”u heç kim pozmayıb. Əgər “Yeliseyev” Qalina Brejnevaya, Çurbanova, xüsusilə də Siyasi Büronun üzvü, Moskva şəhər Partiya Komitəsinin 1-ci katibi, gələcəkdə ölkənin birinci şəxsi olmağa iddialı olan Qrişinə xidmət göstərirdisə, sözsüz ki, susmaq lazım idi.
Yuri Sokolov
1 nömrəli mağazaya mübaribə iştirakçısı, müharibə dövründə bir çox orden və medallarla təltif olunan Yuri Sokolov rəhbərlik edib. Mağazanın şəhərdə digər filialları da fəaliyyət göstərib. Sokolov çox çevik, kifayət qədər geniş əhatə dairəsi olan, ticarət işini yaxşı bilən şəxs kimi tanınıb. O, rüşvət hesabına öz mağazalar şəbəkəsində istədiyini edəndə yuxarıdakı dayaqlarına tam əmin olub. Ticarət dövriyyəsi mülyonlarla hesablanan Sokolov heç kimdən çəkinməyib. Brejnevin kürəkəni, daxili işlər nazirinin müavini Çurbanovla dostluq münasibəti və Moskvanın birinci şəxsi olan Viktor Vasilyeviç Qrişinlə sıx əlaqələri onu yeni-yeni çinayətlərə sürükləyib.
Təbii ki, Sokolovun paytaxt ticarətində “at oynatması” Andropovun diqqətindən yayınmayıb. DTK şefi məqam gözləyib...
Brejnev erasının son aylarında Andropov hərəkətə keçib. Məhz onun bu ərəfədə Sokolovla ciddi məşğul olmasının korrupsiyaya qarşı mübarizə ilə yanaşı, digər bir səbəbi də olub. O, Sokolovu tora salmaqla özünə baş katib kürsüsünə sahib olmaqda rəqibi saydığı Viktor Qrişini ifşa etmək niyyətində olub.
Viktor Qrişin
“Yeliseyev işi” SSRİ dövrünün ən səsli-küylü bir hadisəsi kimi yadda qalıb. Andropov Sokolovun ifşa edilib həbs olunması üçün xeyli vaxt sərf edib. Əməliyyat milisin müdaxiləsi və xəbəri olmadan DTK tərəfindən aparılıb. Sokolovun cinayət əməllərinin sübuta yetirilməsi, əsaslı dəlillərin əldə edilməsi üçün DTK-nın ən səriştəli və təcrübəli əməkdaşları ənəliyyata cəlb olunub.
Əməliyyatdan öncə qastronomun enerji təchizatında qısaqapanma adı ilə süni problem yaradılıb. Bundan sonra mağazada enerji sisteminin bərpası üçün Sokolov mütəxəsislər dəvət edib. Mütəxəssislər sistemin yenilənməsini məsləhət görüblər. Sokolov razılaşıb və mütəxəssislərə əlavə pul verəcəyini də vəd edib. Səhərisi gün elektrik formasında olan DTK əməkdaşları öz işlərinə başlayıblar. “Yeliseyev” yenidən elektrik enerjisi ilə təmin olunub. Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq sistemdə heç kimin görə və hiss edə bilməyəcəyi xüsusi kamera qurğuları ilə...
Yuri Andropov
Bununla da Sokolovun aldığı və verdiyi rüşvətlər, mağazasının defisit mallarla necə təmin olunması, bütün əlaqələri, bütövlükdə bütün mənzərə haqqında məlumatlar Andropovun masası üstünə gəlib.
Beləliklə, 1984-cü ildə Sokolov həbs olunub. Məhkəmə prosesində onun dövlət büdcəsindən mənimsədiyi 3 milyon rubl yeyinti faktı sübuta yetirilib. Güvəndiyi adamlardan heç kim Sokolovu müdafiə etməyib. Məzuniyyətdən təcili geri dönən Qrişin də Sokolova kömək edə bilməyib. Qrişinin adı cinayət işində hallanmasa da, “ticarət mafiyası”nın başçısı kimi o, bir il keçməmiş bütün vəzifələrini itirib.
Sokolov Ali Məhkəmənin hökmü ilə ən ağır cəzaya, ölüm hökmünə məhkum edilib.
“Yeliseyev işi” üzrə 750 nəfər həbs olunaraq müxtəlif cəzalara məhkum ediliblər. Onların arasında SSRİ Ticarət Nazirliyinin, Moskva şəhər İcraiyyə komitəsinin yüksək vəzifəli şəxsləri də olub. Qeyd edək ki, “Yeliseyev işi” ilə bağlı Rusiyada film də çəkilib.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar