Xəbər lenti
Həkim ailəsini aldadan falçı qadınlar hakim qarşısına çıxarıldı
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Cavadova Venera Nailyevna və Şahverdiyeva Könül İsrəfil qızının məhkəmə prosesi keçirilib.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs özünü elan olunmuş ittihamla qismən təqsirli bilib.
Məlum olub ki, Venera Cavadova zərərçəkmiş Aysel Bayramovanın evində uşağının dayəsi işləyib. Veneranın rəfiqəsi Könüllə başqa şəxslərə külli miqdarda borcları olub. V.Cavadova rəfiqəsi Könülün falçılıqla məşğul olduğunu deyərək, A. Bayramovanın uşağının problemini həll edəcəyini vəd edib. Buna görə ondan və digər şəxslərdən ayrı-ayrılıqda 60 min manatdan çox pul alıb.
Qeyd edək ki, zərərçəkmiş Aysel Bayramova 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkim müavini Adil Salahovun qızıdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar