Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Adnan Oktarın adamından QANDONDURAN ETİRAF: "Sevgi dolu baxmayan qızlara..."

Tarix: 18-09-2018 10:05     Baxış: 4432 A- / A+
Adnan Oktarın adamından QANDONDURAN ETİRAF: "Sevgi dolu baxmayan qızlara..."


Adnan Oktar təşkilatının "Bacılar" qrupunun ən önəmli üzvlərindən biri olan Ayça Pars təşkilatda baş verən dəhşətli faktların üstünü açıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ayça Pars Adnan Oktar təşkilatının televiziya və internet nəşrlərinə nəzarət edir, sosil media üzərindən təbliğat aparırdı.

Adnan Oktarın adamından QANDONDURAN ETİRAF: "Sevgi dolu baxmayan qızlara..."


Bütün baş verənləri etiraf edən Ayça Pars deyib ki, Adnan Oktar özünə aşiq olmayan, sevgisinə cavab verməyən qızlara dəhşətli işgəncələr verirdi: "Bizim qrupda 30 nəfərə yaxın qız vardı. Adnan Oktar qrupdakı qızlardan gözünə ilk dəyənə şillə vururdu. Təkcə şillə ilə qalmaz, saçlarından tutub yerdə sürüyür, hətta qayçı ilə saçlarını kəsərdi. Bir qadını alçaldacaq bütün hərəkətləri edirdi. Bu kimi iyrənc, şiddət davranışlara yüz dəfə şahid olmuşam".

"Yayıma 5 dəqiqə ara verəndə qızları döyürdü"

30 ildir Adnan Oktar əsarətində olan Ayça Parsın sözlərinə görə, din sadəcə televiziyada görünən kiçik bir şou idi:

"Din deyilən heç nə yox idi. Bu görüntünün altında ağlınıza gəlməyəcək azğın, vəhşi hərəkətlər dayanırdı. Təşkilatda təkcə sünni şəkildə din adı var. İçəridə baş verənlər insanı dəhşətə gətirirdi. Hücrə sistemi vardı. Təşkilat içində bir nəfərin etdiyini ikinci bir kəs bilməzdi. Hər şeyin başında Adnan Oktar vardı. O özü nəzarət edirdi. Həmişə qızların ona aşiq gözü ilə baxmasını istəyirdi. Kiminsə baxışlarından bunu hiss etməsə, yayıma 5 dəqiqə ara verib o qıza işgəncə edirdi. Saçını yolur, şiddət tətbiq edir, yerdə sürükləyirdi. Bəzən qayçı ilə saçlarını elə hala salırdı ki, yadıma salmaq istəmirəm".

"Adnan Oktarın yanına 15-16 yaşlarında qız uşaqları gəlirdi, amma biz onları efirə qoymurduq" deyən Ayça Pars o uşaqların həyəcandan ürəklərinin necə əsdiyini təsvir edib.

"15-16 yaşlı qızlara qarşı çirkin əməllər edirdi"

"Qızları yanına çağırıb, barmağı ilə nəbzinə toxunardı. Adnan kimisə çağıranda hamı qorxudan əsirdi. Qızların qorxudan nəbzi sürətlə atmağa başlayırdı. Adnan isə "Baxın, məni necə sevir. Mən ona toxunanda nəbzi sürətlə atmağa başlayır". Qızlar o qədər ağlayırdı ki, gözləri şişirdi. Adnan isə bunu qızların ona məhəbbətlə baxmasına və eşqdən gözlərinin dolmasına yozurdu".

Adnan Oktarın adamından QANDONDURAN ETİRAF: "Sevgi dolu baxmayan qızlara..."


Son olaraq Adnan Oktarın şəhvət və lüks düşkünü, ciddi psixoloji problemlərinin olduğunu deyən Ayça Pars bildirib ki, gərəkdiyində ona sadiq olan qullarını da satırdı:

"O qədər etibarsız insan idi ki, hər kəsi öz mənafeyinə görə sata bilərdi. Təşkilata gələn bütün qızları, uşaq belə olsalar, ona itaət etməyə, şəhvət hissi oyatmağa vadar edirdi".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar